*7000

Order call

Request a call back

Close form
Thank you!

You will be called during working hours

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

28 January 2019

PAŞA Sığorta şirkəti avtomobil sığortası üzrə yeni maskotunu təqdim etdi.



PAŞA Sığorta şirkəti avtomobil sığortası üzrə yeni maskotunu təqdim etdi.


PAŞA Sığorta şirkəti avtomobil sığortası üzrə yeni “KASKI” maskotunu ictimaiyyətə təqdim etdi. KASKİ KASKO sığortası üzrə hədəf kütlənin, əsasən kişilərin bəyəndiyi və son zamanlar Bakıda trendə çevrilən HASKİ cinsindən olan itdir.


Kaski sevimli, etibarlı, hər zaman sahibinin (sığortalının) yardımına qaçan, ona daima ən yaxşısını arzulayan, qayğısına qalan bir yüksək sürətli super qəhrəmandır. Avtomobil mövzusunda çox biliklidir, bu səbəbdən sürücülərə hər zaman bilik, məsləhətlər verir. Kaskinin yumor hissi çox yüksəkdir, cinsindən, yaşından asılı olmayaraq hər kəs ilə yaxşı yola gedir, hər bir işdə müsbət cəhət görən bir personajdır.


Şirkətin marketinq departamentin rəhbəri Nuranə Teymurova tərəfindən verilən məlumata görə, 2019cu il ərzində KASKİ personajının istifadəsi ilə müştəriləri maraqlı aksiyalar gözləyir. PAŞA Sığortadan KASKO əldə edən hər bir müştərinin artıq bir KASKİ qəhrəmanı mövcuddur.


KASKİ-nin təqdimat videosu ilə linkdən tanış ola bilərsiniz: https://youtu.be/lvCBdnC4uAM


PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığorta şirkəti talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan vermə aksiyası keçirib.
PASHA chatSualınız var?