*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Payment rules

Bağla

Career

Bağla
24 December 2020

PAŞA Sığorta şirkəti cari ilin 11 ayı ərzində daşınmaz əmlak sığortası üzrə 702 563 AZN sığorta ödənişi həyata keçirmişdir.

Bütün dünyada sığorta sisteminin yaradılmasında əsas hədəf insanlara dəyən zərərin ən sürətli şəkildə qarşılanmasıdır. Biz də, PAŞA Sığorta şirkəti olaraq, Azərbaycanın qeyri-həyat sığorta bazarında lider şirkət mövqemizi qorumaqla birlikdə hər zaman olduğu kimi 2020-ci il ərzində də sığortalı müştərilərimizin yanında olduq. Daşınmaz əmlakını bizimlə sığortalayan müştərilərimizə dəyən zərərin qarşılanmasını maksimum sürətlə həll etməyə çalışdıq.

Cari ildə şirkətimiz tərəfindən daşınmaz əmlak sığortası məhsulu əldə edən və sığorta hadisəsi ilə üzləşən fərdi müştərilərimizə 356 196 AZN, korporativ müştərilərimizə isə 346 367 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ümumilikdə, 2020-ci ilin cari tarixinə qədər 430 müştərimizə daşınmaz əmlak sığortası üzrə 702 563 AZN kompensasiya ödənilmişdir. Bu ilin 11 ayı ərzində qəza hadisəsi ilə üzləşən daşınmaz əmlak obyektlərindən 288-i fərdi yaşayış mənzilləridir.

Qeydə alınan sığorta hadisələrinə, əsasən, müştərilər tərəfindən ən çox su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə, qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalardan, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma riski üzrə müraciətlər daxil olmuşdur ki, bu da əmlak sığortası üzrə qəza hadisələrinin təxminən 65 %-ni təşkil edir. Sığorta hadisəsi müraciətlərinin 12%-i təbii fəlakətlərin yəni, zəlzələ, tufan, dolu, ildırım düşməsi, sel, yer sürüşməsi və leysan kimi risklərin payına düşür.Yanğın riski üzrə müraciətlər ümumi hadisələrin 8%-ni təşkil etsə də, dəyən zərər həcminin böyük olması ilə əlaqədar ən çox zərər ödənişi yanğın və partlayış riskləri üzrə ödənilmişdir.

İllik sadəcə 50 AZN ödəyərək şəxsiyyət vəsiqənizi və əmlakın sizə aid olduğunu göstərən müvafiq sənədi təqdim etməklə, Bakı şəhərində yerləşən əmlakınızı 25.000 AZN dəyərində təminat altına almış olacaqsınız. Gəncə, Sumqayıt şəhərlərində və Naxçıvan MR-da yerləşən əmlakınız üçün 40 AZN, digər şəhərlərdə isə 30 AZN ödəməklə, əmlakınızı müvafiq olaraq, 20.000 AZN və 15.000 AZN məbləğində təminatla sığortalaya bilərsiniz. Sığorta üçün tələb olunan sənədləri sadəcə əməkdaşlara göndərməklə ofisə yaxınlaşmadan da əmlak sığortası əldə etmək mümkündür.


Daşınmaz Əmlakın icbari sığortası “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin II fəslində nəzərdə tutulmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir (məcburidir).

Əmlak sığortasını sadəcə məcburi olduğu üçün deyil, həm də qəza zamanı ciddi maliyyə çətinliyi ilə üzləşməmək, illər əzində evimizlə bağlı topladığımız dəyərləri təminat altında saxlamaq üçün əldə etməliyik.




PAŞA Sığorta şirkətinin əmlak sığorta növü üzrə mütəxəssisi Rəhman Hacıyev bildirib ki, növbəti ildə qəza hadisəsi ilə bağlı şirkətimizə müraciət edəcək müştərilərimizə yenilikçi və müştəri rahatlığını ön planda tutacaq proses təqdim edə bilmək üçün optimallaşdırma işlərinə artıq start verilmişdir. Bu gedişatın nəticəsi olaraq, sığortalı müştərimizin rahatlığı üçün, qəza baş verdiyi andan etibarən, sığorta təminatının müştəriyə ödənilməsinə qədər davam edəcək müddətin minimum həddə endirilməsi nəzərdə tutulur.

Növbəti xəbər

Parkinq KASKO avtomobil sığortasını Insure.az-da onlayn əldə edin