*7000

Order call

Request a call back

Close form
Thank you!

You will be called during working hours

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

26 September 2018

PAŞA Sığorta şirkəti müştəriləri sayəsində SOS Uşaq Kəndlərinə ianə edib

PAŞA Sığorta şirkəti müştəriləri sayəsində SOS Uşaq Kəndlərinə ianə edib


PAŞA Sığorta şirkəti iyun ayından başlanan “Uşaqları sevindirmək üçün sığortanı onlayn al” kampaniyası çərçivəsində SOS uşaq kəndlərinə 2800 AZN məbləğində ianə edib.


Qeyd edək ki, kampaniya şərtlərinə əsasən PAŞA Sığortanın rəsmi veb səhifəsinin (www.pasha-insurance.az ) “Onlayn əldə et” bölməsindən sığortanı onlayn rəsmləşdirən müştərilərin sığorta haqlarının müəyyən hissəsi SOS uşaq kəndlərinə ianə olunur. İyun-avqust aylarının nəticəsi olaraq ilkin ianə köçürülüb. İanə olunan məbləğ uşaqların məktəb ləvazimatlarının alınmasına yönləndirilib.


SOS Uşaq Kəndləri bütün dünyada valideyn himayəsidən məhrum olmuş və ya atılma riski qarşısında olan uşaqları ailə əsaslı qayğı ilə təmin edən asosiassiyadır.


Kampaniya hal hazırda da davam edir. Siz də sığortanı onlayn alaraq “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi himayəsində olan 200-ə yaxın uşağın sevincinə və inkişafına dəstək ola bilərsiniz.


Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığorta şirkətində İdarə Heyətinə yeni üzv təyin olunub.
PASHA chatSualınız var?