*7000

Order call

Request a call back

Close form
Thank you!

You will be called during working hours

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

01 March 2019

PAŞA Sığorta şirkəti 8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə yeni kampaniyaya başlayır.

Hər zaman müştərilərinin rahatlığını düşünən PAŞA Sığorta şirkəti ənənəvi olaraq 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə xanımları sevindirməyə tələsir.

Beləliklə, 1-19 Mart tarixlərində PAŞA Sığorta şirkətinə müraciət edərək minimum 350 AZN dəyərində PASHA Ladies KASKO sığorta məhsulunu əldə edən xanımlar hədiyyə olaraq “Zuleykha Accessories”-dən 100 AZN dəyərində hədiyyə kartı qazanır.

Zuleykha Accessories- yerli aksessuar brendi olub, qadın, kişi və uşaqlar üçün fərqli aksessuarlar təqdim edir. Brendə məxsus məhsullar gümüş və poladdan, təbii və alternativ daşlardan hazırlanan milli və müasir dizaynlı əşyalardan ibarətdir. Hazırda butik alıcılarını 28 Mall, 3-cü mərtəbə və Park Bulvar, 2-ci mərtəbədə qarşılayır.

Nəzərinizə çatdıraq ki, «PASHA LADIES» özəlliklə xanımlar üçün nəzərdə tutulan ilk və yeganə KASKO sığortası məhsuludur. «PASHA LADIES» -i əldə edən bütün xanımlar özəl karta sahib olur və bununla müxtəlif məkanlarda ENDİRİM və ÜSTÜNLÜKLƏRDƏN yararlanmaq imkanı qazanırlar. Əsas üstünlüklərdən biri də ondan ibarətdir ki, bu məhsulu əldə edən xanımların hadisəsi olduğu zaman xüsusi taksi xidməti ilə təmin olunur. Əlavə olaraq bildirmək istərdik ki, PASHA Ladies sığorta məhsulu çərçivəsində Sizlər sığorta haqqını hissə-hissə də ödəyə bilərsiniz.

«PASHA LADIES» məhsulu və hal hazırda keçirilən kampaniya barədə ətraflı məlumat: *7000 Sığorta Məsləhətləri Xətti və ya www.pasha-insurance.az saytına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

“PAŞA Sığorta” şirkəti yeni “Zərif Əllərin gücü” adlı KSM layihəyə start verir.
PASHA chatSualınız var?