*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
15 December 2020

PAŞA Sığorta şirkəti “YAŞAT” Fonduna 100 min AZN vəsait köçürüb.


Həyata keçirdiyi sosial məsuliyyət layihələri ilə diqqət mərkəzində olan PAŞA Sığorta şirkəti İkinci Qarabağ Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna 100 000 manat məbləğində yardım ayırıb.

Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin yaşayış təminatına vətəndaş cəmiyyəti təşəbbüslərinin ictimai nəzarət altında şəffaflıqla çatdırılmasıdır.

Doğma vətən torpağı uğrunda tərəddüd etmədən canından keçən şəhidlərimizi daima hörmətlə anmaq, onlardan bizə yadigar qalan ailələrin, müharibə zamanı yaralanan qazilərimizin sosial müdafiəsi və övladlarının firavan gələcəyini təmin etmək hər birimizin əsas missiyasıdır. PAŞA Sığorta şirkəti olaraq, bu ailələrimizə hər zaman tam dəstəyimizi göstərməyə hazırıq.

Məlumat üçün qeyd edək ki, ümumilikdə PAŞA Qrup şirkətləri tərəfindən “YAŞAT” fonduna ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.

Next news

PAŞA Həyat və PAŞA Sığorta tezliklə Şuşada!