*7000

Order call

Request a call back

Close form
Thank you!

You will be called during working hours

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

23 April 2018

PAŞA Sığorta şirkəti Yer kürəsi günü münasibətilə ekoloji aksiya keçirib

PAŞA Sığorta şirkəti Yer kürəsi günü münasibətilə “Yaşıl Bakı” əmlak sığortası məhsulunun Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində ağacəkmə aksiyası təşkil edib.


Paytaxtın Şıxov qəsəbəsində baş tutmuş ekoloji tədbirdə PAŞA Sığorta şirkətinin bir qrup könüllü əməkdaşı, həmçinin “Yaşıl Bakı” sığortasını əldə etmiş müştərilərin iştirakı ilə 200-dən çox ağac əkilib. Tədbirdə açılış nitqi ilə çıxış edən PAŞA Sığorta şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurova şirkətin öz missiyasının tərkib hissəsi olaraq sosial məsuliyyət öhdəliklərini bütünlüklə qəbul etdiyini və davamlı şəkildə bu istiqamətdə işlər apardığını bildirib: “PAŞA Sığorta olaraq öz fəaliyyətimiz çərçivəsində müxtəlif miqyaslı KSM layihələri reallaşdırırıq. Ekoloji rifahın yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslər bu layihələr sırasında xüsusi yer tutur. “Yaşıl Bakı” əmlak sığortası məhsulu şəhərimizin yaşıllaşdırılmasına töhfə verən unikal bir sığorta məhsuludur. Bu sığortanı əldə etməklə müştərilər həm əmlaklarını sığortalaya, həm də doğma şəhərimizə ağac hədiyyə edə bilərlər. PAŞA Sığorta olaraq gələcəkdə də bu cür tədbirləri davamlı təşkil edəcəyik və müştərilərimizi, tərəfdaşlarımızı bu cür təşəbbüslərdə yanımızda görməyə hər zaman şadıq”.


Qeyd edək ki, “Yaşıl Bakı” daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsuludur. Çinar, Cökə və Zeytun paketlərindən ibarət olan bu məhsulun əsas özəlliyi hər üç paketin tariflərinin öncədən müəyyən olunmasıdır ki, bu da hər kəsə özünə uyğun sığorta paketi seçimi etməyə imkan verir. Belə ki, Çinar paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə 199 AZN təşkil edir. Paketlər bir-birindən təminat şərtlərinə görə fərqlənir.


Bununla yanaşı, “Yaşıl Bakı” məhsulu əldə edilən zaman PAŞA Sığorta əməkdaşları tərəfindən paketlərin adına və sayına uyğun olaraq paytaxtın öncədən müəyyən olunmuş yerlərində ağaclar əkilir. Beləliklə, bu məhsulu əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhfəsi olacaqdır.


“Yaşıl Bakı” sığortasının daha bir üstünlüyü bu paketləri əldə edən hər kəsə müxtəlif ticarət obyektlərində endirim imkanı verən xüsusi “Yaşıl Bakı” kartının təqdim olunmasıdır.


“Yaşıl Bakı” sığortası, təminatlar və endirimlər barədə PAŞA Sığortanın rəsmi saytında yaxından tanış ola bilərsiniz: https://bit.ly/2zIeDmk


Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Next news

PAŞA Sığortadan icbari avtomobil sığortası alanlar əlavə təminatlar da əldə etmə imkanını qazanacaqlar.
PASHA chatSualınız var?