*7000

Order call

Request a call back

Close form
Thank you!

You will be called during working hours

25 June 2019

PAŞA Sığorta şirkətində media nümayəndələri ilə görüş keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə iyun ayının 24-də PAŞA Sığortanın baş ofisində KİV nümayəndələri üçün maarifləndirici tədbir keçirilib.

Tədbir çərçivəsində satış prosesi, anderraytinq və təkrarsığorta, tibbi sığorta üzrə müraciətlərin tənzimlənməsi, sığorta hadisələrinin tənzimlənməsi və müştəri məmnuniyyətinin ölçülməsi ilə bağlı təqdimatlar həyata keçirilərək media nümayəndələrinə ətraflı məlumat təqdim olunub. Açılış nitqi ilə çıxış edən PAŞA Sığorta şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurova şirkətin korporativ strukturu haqqında ümumi məlumat verib. Daha sonra Korporativ Satış şöbəsinin rəhbəri Lamiə Abdullayeva, Anderraytinq və Təkrarsığorta üzrə müdir Fərid Hidayətov, Tibbi və Səyahət Sığortası üzrə direktor Rəna Məmmədova, Sığorta İddiaları və Hüquqi Təminat departamentinin rəhbəri Azər Kərimov və Müştəri Məmnuniyyəti Xidmətinin rəhbəri Leyla Cəfərli müvafiq istiqamətlər üzrə çıxış ediblər.

İnteraktiv formatda baş tutmuş görüşdə KİV nümayəndələri şirkətin fəaliyyəti ilə yaxından tanış olaraq onları maraqlandıran suallara cavab tapıblar.

10-dan çox media nümayəndəsinin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycan sığorta bazarının mövcud durumu ilə bağlı müzakirələr də aparılıb. Media nümayəndələri üçün bu cür tədbirin təşkil edilməsində əsas məqsəd jurnalistlərin sığorta işi üzrə biliklərinin artırılması vasitəsilə əhali arasında sığorta maarifləndirilməsinin genişləndirilməsi və sığorta mədəniyyətinin artırılmasıdır.

Qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan şirkət 300.000-ə yaxın korporativ və fərdi müştəriyə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığorta kiçik və orta sahibkarlara 1 milyon manatadək təminat təklif edir
PASHA chatSualınız var?