*7000

Order call

Request a call back

Close form
Thank you!

You will be called during working hours

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

19 March 2019

PAŞA Sığorta şirkətinin əməkdaşları “Sənətim Gələcəyim” layihəsinin iştirakçıları ilə bayram öncəsi görüş keçirdilər.

PAŞA Sığorta şirkətinin əməkdaşları 15 mart tarixində Sənətim Gələcəyim layihəsinin iştirakçıları ilə Novruz bayramı öncəsi görüş keçirib onları bayram sovqatı ilə sevindiriblər.

Qeyd edək ki, layihə çərçivəsində PAŞA Sığorta şirkətinin dəstəyi ilə Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin 9 və 11ci siniflərdə tədris alan 25 nəfər arzularında olduqları sənətə yönləndirilirlər. İştirakçılar ali və peşə məktəblərinə qəbul olmaq üçün çalışırlar. Seçilmiş şagirdlərin bir qismi ali məktəblərə qəbul olmağa, digər hissəsi isə aşbaz, avtomobil ustası, informasiya texnologiyaları üzrə mühəndis kimi peşələrə yiyələnmək üçün tədris alırlar.

Artıq qəbul imtahanlarına çox az zaman qaldığı üçün hazırlıqların vaxtı daha da intensivləşdirilib, uşaqların əhvalının yüksək olması üçün fərdi olaraq psixoloqla görüşürlər keçirilir. Həmçinin iştirakçılar qəbul imtahanına hazırlıq məqsədli bütün sınaq imtahanlarında da iştirak edirlər.

Dərslərdən savayi layihə üzvləri mütəmadi olaraq psixoloqlarla, tanınmış şəxslərlərlə motivasiya məqsədli görüşlərdə, şəxsi inkişaf məqsədli, etika mövzusunda təlimlərdə iştirak edir, bayramları, xüsusi günləri birlikdə qeyd edirlər. Layihə müddətində uşaqların motivasiyası üçün Bəhram Bağırzadə, Fərid Mansurov, Cəsarət Məmmədov kimi tanınmış şəxslərlə görüşlər keçirilib.

Daim Korporativ Sosial Məhsuliyyət istiqamətli layihələri həyata keçirən PAŞA Sığorta şirkəti “Sənətim Gələcəyim” layihəsini keçən ilin sentyabr ayında başlatmışdır.

Sözü gedən layihə PAŞA Holdinqin dəstəyi ilə həyata keçirilir. Layihəni Etika Akademiyasının peşəkar müəllimləri və təlimçiləri icra edir. Akademiyanın heyəti şagirdlərə tədrislə yanaşı asudə zamanlarını səmərəli keçirtmələri üçün şərait yaradırlar.

Əsas məqsəd internatda təhsil alan yüksək bilik və bacarığa malik olan məktəbliləri dəstəkləmək və onların ölkəmizin aparıcı ali təhsil ocaqlarına qəbul olmaları, həmçinin hərtərəfli inkişafı üçün lazımi şəraiti təmin etməkdir.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığorta avtomobil sahibləri üçün “Yaz Fürsəti” hədiyyə kampaniyasına start verir
PASHA chatSualınız var?