*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
03 February 2022

PAŞA Sığorta şirkətinin dəstəyi ilə daun sindromlu uşaqlar üçün şənlik təşkil olundu.

Ötən ilin sonunda AFFA-nın təşkilatçılığı və şirkətimizin dəstəyi ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən dəvət olunmuş uşaqlarla Bakı Olimpiya Stadionunda yeni il şənliyi keçirilib. Şənlikdə uşaqlarla birlikdə AFFA-nın İcraçı prezidenti, futbol üzrə Azərbaycan milli komandasının üzvləri və şirkətimizin nümayəndəsi iştirak edib. Paltardəyişmə otağında uşaqlara Azərbaycan milli komandasının köynəkləri hədiyyə olunub. Köynəklər fərdi olaraq hazırlanıb və hər birinin üzərində geyimin təqdim olunduğu uşağın adı yazılıb. Tədbirin sonunda uşaqlar şam ağacının ətrafına dəvət olunub, burada təşkil olunmuş əyləncəli proqramda iştirak edib və onlara AFFA və tərəfdaşları tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığortadan Dövlət Vergi Xidməti əməkdaşlarına özəl KASKO kampaniyası!