*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
01 October 2021

PAŞA Sığorta şirkəti Korporativ Sosial Məsuliyyət çərçivəsində həyata keçirilən “Güvənli Gələcək” layihəsi üzrə təlimlərə dəstəyini davam etdirir!

Yarandığı ilk gündən etibarən Korporativ Sosial Məsuliyyətə önəm verən PAŞA Sığorta şirkəti PAŞA Holdinq və “Стоп Угроза” beynəlxalq uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbinin rəsmi təmsilçisi “GİD CSR Consulting” şirkəti ilə birgə bir müddət əvvəl start verdiyi “Güvənli Gələcək” layihəsinin icrasına uğurla davam edir.


Layihənin başlıca məqsədi paytaxt və bölgələrimizdə fəaliyyət göstərən uşaq evləri, qadın və uşaq sığınacaqları və aztəminatlı ailələrin uşaqları üçün təhlükəsizlik üzrə təlimlərin həyata keçirilməsi və maarifləndirmələrin aparılmasıdır. Belə ki, layihə boyunca 2021-ci ilin fevral-sentyabr ayları ərzində 6-14 yaş aralığında ümumi 326 uşağın iştirakı ilə 14 fərqli mərkəzdə təlim proqramları həyata keçirilib.


Layihə mərçivəsində 10 sentyabr tarixində Goranboy Rayon Ailə Dəstək Mərkəzində məskunlaşmış 6-10 yaş aralığındakı 43 uşağa “5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar?” və “Bullinqə son!” mövzularında təlimlər həyata keçirilmişdir. Eyni mövzuları əhatə edən təlim 17 sentyabr tarixində Zaqatala Rayon Ailə Dəstək Mərkəzində  8-12 yaş aralığında olan 54 uşağın iştirakı ilə reallaşdırılmışdır.


“Bullinqə son!” adlı təlimdə uşaqlara zərərli hərəkətləri necə anlamaq, cinayətkarları ayırd etmək, vəziyyətdən asılı olaraq mənəvi müqavimətin ən təsirli yollarını necə tapmaq, gizli manipulyasiyaları görmək və onlara qarşı mübarizə aparmaq barədə  ətraflı məlumatlar verilmişdir.

“5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar? ” adlı təlimdə isə uşaqlara şəxsi təhlükəsizliklərini necə qoruya biləcəkləri barədə maarifləndirici bilgilər verilmişdir. Əlavə olaraq, təlim boyunca qeyd edilən məlumatların daha yaxşı qavranılması üçün daim uşaqlarla birgə müzakirələr aparılmış və uşaqlarda davranış alqoritminin formalaşdırılmasına təşəbbüs göstərilmişdir.

Təlimlərin köməyi ilə uşaqlara “Cinayətkar”  dedikdə xəyallarında canlanan obrazın real həyatda mövcud olmadığı, oğurluq edən şəxsi xarici görünüşündən şübhələnərək tanımağın çətin olduğu fikri aşılanır.. Həmçinin, uşaqlara onları əhatə edən insanları dostlar və kənar adamlar qruplarına ayırmaq və onlarda etimad dairəsi haqqında təsəvvür formalaşdırılmışdır.

Növbəti aylarda da davam edəcək olan layihədə əlavə olaraq 298 uşağın iştirakı nəzərdə tutulub. Onu da qeyd edək ki, layihə sözü gedən mövzularda təlimlərin keçirilməsi, maarifləndirmə xarakterli çarxların hazırlanması və məktəblilər arasında təbliğat işlərinin aparılması kimi mərhələlərdən ibarət olmaqla, uşaqların məskunlaşdığı digər mərkəzlərdə də keçiriləcəkdir.

Biz əminik ki, bu tip Korporativ Sosial Məsuliyyət layihələrinin reallaşdırılması, övladlarımızın irəlidə qarşılaşa biləcəyi mühim hadisələr zamanı həyatlarında öz müsbət əksini tapacaq.

Qeyd edək ki, hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.




Next news

PAŞA Sığortadan “Qızıl payızda qızıl təklif” adlı yeni kampaniya!