*7000

Order call

Request a call back

Close form
Thank you!

You will be called during working hours

10 June 2019

"PAŞA Sığorta" uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib

"PAŞA Sığorta" şirkəti növbəti dəfə valideyn himayəsindən məhrum olmuş uşaqların sevincinə səbəb olub.

Daim uşaqları diqqət mərkəzində saxlayan şirkət 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə “Damla” İctimai Birliyinin himayəsi altında olan uşaqlar üçün xeyriyyə tədbiri keçirib.

3-14 yaş aralıqlarında 40-dan çox uşağın iştirakı ilə baş tutmuş xeyriyyə tədbirinin təşkili şirkət əməkdaşlarından ibarət könüllülər tərəfindən həyata keçirilib. Tədbirdə uşaqlar üçün animatorların iştirakı ilə xüsusi musiqili əyləncə proqramı təşkil edilib. Müxtəlif əyləncəli oyunlar və musiqili tədbir proqramı uşaqlara əsl bayram ab-havası bəxş edib.

Yarandığı gündən müxtəlif miqyaslı Korporativ Sosial Məsuliyyət layihələri reallaşdıran "PAŞA Sığorta" şirkəti öz missiyasının tərkib hissəsi qismində sosial məsuliyyət öhdəlikləri üzrə davamlı olaraq işlər aparmaqdadır. Bu baxımdan aztəminatlı, kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqlara yardım etmək, onların gələcəkdə uğur qazanmaları üçün istiqamətləndirmək "PAŞA Sığorta" şirkəti üçün böyük önəm kəsb edir.

Hər zaman uşaqların inkişafı üçün davamlı təşəbbüslər reallaşdıran "PAŞA Sığorta" şirkəti gələcəkdə də bu kimi fəaliyyətləri davam etdirməyi planlaşdırır.

Xeyriyyə tədbirindən şəkillər ilə "PAŞA Sığorta" şirkətinin rəsmi Facebook səhifəsində tanış ola bilərsiniz. (https://www.facebook.com/pasha.insurance/photos/pcb.2816469911758759/2816462651759485/?type=3&theater)

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığorta PAŞA Bank kart sahibləri üçün endirim kampaniyası elan edir