Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PAŞA Sığorta təhsil məqsədilə xaricə gedən 65 yaşadək şəxslər üçün yeni Tələbə səfər sığortası məhsulunu təqdim edir.
Məhsul 2 paket şəklində 3 fərqli müddətə təklif olunur:
Məhsulu xaricə ali təhsil almaq məqsədilə (bakalavr, magistr, PhD və s.), həmçinin ixtisas artırma (həkim,müəllim və s.) kurslarında, xarici dil və digər tədris kurslarında iştirak etmək məqsədilə gedən şəxslər əldə edə bilər. Məhsul üzrə ümumi təminat məbləği 30.000 EURO təşkil edir.
Qeyd: Vətəndaş sığorta əldə edən zaman heç bir sənəd tələb edilmir. Hadisə olduğu zaman təhsil haqqında sənəd tələb olunur.
Qeyd: EURO ilə göstərilən tariflər AR Mərkəzi Bankının günə uyğun AZN məzənnəsi ilə təklif olunur.
“Tələbə” səyahə sığortası məhsuluna müraciət üçün *7000- Sığorta Məsləhətləri xətti iləlaqə saxlaya, yaxud PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram https://www.instagram.com/pasha_insurance/) səhifələri üzərindən müraciət edə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Next news
PAŞA Sığorta şirkəti şəhid övladlarını 2025-ci ildə də sığortaladı!