*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
06 April 2022

PAŞA Sığorta Yaxın Qonşu qonşu məhsulunun yeni paketini təqdim edir!

Müştərilərinə minimum qiymətlə maksimum sığorta təminatı təklif etməyi hədəfləyən PAŞA Sığorta  şirkəti Yaxın Qonşu könüllü əmlak sığortası məhsulunun yeni paketini təqdim edir. Yaxın Qonşu 25 adlanan paket sayəsində müştərilər illik sadəcə 25 AZN ödəməklə 10000 AZN sığorta təminatı əldə edə  biləcəklər.


Belə ki, illik sadəcə 25 AZN ödəməklə “Yaxın Qonşu” məhsulunu əldən edən müştərilər su borularından axan suyun, buxarın və mayelərin qonşunun evinə və ya səhhətinə vurduğu zərər kimi sığorta risklərinə qarşı 10 000 AZN təminat əldə edəcəklər. Üçüncü tərəfə qarşı vurulan zərərlərə yanğın hadisəsi də daxildir. Məhsulun digər paketi isə müştərilərə cəmi 15 AZN ödəməklə 5000 AZN  sığorta təminatı əldə etmək imkanı verir.


Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin məhsul barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.


Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta

Next news

PAŞA Sığorta innovativ onlayn satış portalını təqdim edir!