*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
01 February 2023

PAŞA Sığortadan “Kasko bizdən, hədiyyə seçimi sizdən!” adlı yeni kampaniya!

İndi PAŞA Sığortadan KASKO sığortası almaq daha sərfəlidir. Çünki PAŞA Sığorta sizə Tam KASKO sığortası əldə edərkən təminat almaqla yanaşı, xüsusi endirimdən yararlanmaq və ya kampaniya hədiyyələrindən birini seçmək imkanı təqdim edir.

1 fevral tarixindən etibarən “Kasko bizdən, hədiyyə seçimi sizdən!” kampaniyasına əsasən, 500-2500 AZN sığorta haqqına malik müştərilər seçimindən asılı olaraq 100 AZN nominallı hədiyyə kartı və ya endirim, 2500 AZN və daha çox sığorta haqqına malik müştərilər isə 200 AZN nominallı hədiyyə kartı və ya endirim imkanından yararlana biləcəklər. Hədiyyə seçimlərinə Azpetrol yanacaq kartı, Bravo alış-veriş kartı və Iokio.az platformasından istənilən brend üzrə müştəri kodu daxildir. Iokio.az platformasından təqdim edilən kod vasitəsilə bu platformada təklif olunan istənilən hədiyyə kartını seçmək mümkündür.

Kampaniya 01.02.2023-10.03.2023-cü il tarixləri arasında qüvvədədir.

Tam KASKO sığortası əldə edən müştərilər hissəvi ödəniş imkanından yararlanaraq avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakət və bir sıra digər risklərə qarşı avtomobilini təminat altına almış olacaqlar.


KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/KASKO  keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram ( www.instagram.com/pasha_insurance/ ) səhifəsinə göndərərək göndərərək Kasko sığorta üçün müraciət edə bilərsiniz.


Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığorta və ADA Universiteti "Sığortaçı Məktəbi" adlı yeni birgə layihəsini təqdim edir!