*7000

Order call

Request a call back

Close form
Thank you!

You will be called during working hours

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

14 February 2018

PAŞA Sığortadan müştərilər üçün innovativ bir ilk!

PAŞA Sığortadan müştərilər üçün innovativ bir ilk!


PAŞA Sığorta şirkəti müştərilərinə avtomobil təmirinin izlənilməsi ilə əlaqədar yeni modul təqdim edərək sığorta sektorunda bir innovativ ilkə imza atdı.


Hər zaman müştərilərin rahatlığını düşünən PAŞA Sığorta şirkəti bu dəfə zərərçəkənlərə avtoservisdə olan avtomobillərinin təmirinin izlənilməsi üçün yeni imkan yaratdı və artıq istifadəçilər istənilən yerdə telefon və ya kompüter vasitəsi ilə şirkətin rəsmi veb saytının ekranın sağ hissəsindən "Şəxsi Kabinetə" daxil olaraq "Təmir prosesini izlə" bölməsində dövlət qeydiyyat nişanı və zərərçəkənə ayrılan özəl şifrəylə nəzarət sisteminə daxil olub təmirdə olan avtomobillərinin cari vəziyyəti barədə ətraflı məlumat əldə edə biləcəklər. 30-dan çox avtoservisə qoşulmuş bu modul istifadəçi üçün çox rahat və praktik şəkildə işlənilmişdir.


Beləliklə, PAŞA Sığorta şirkətindən icbari və ya KASKO sığortası əldə etmiş müştərilər sığorta hadisəsi zamanı avtomobillərinin təmir prosesini onlayn olaraq izləyə biləcəklər. Yeni təqdim olunmuş modulda müştərilər avtomobillərinin qəza yerindən təslim vəziyyəti ilə birgə avtoservisdə olan təmir prosessinin detallı şəkilləri ilə tanış ola və təmir mərhələlərinin təxmini bitmə tarixləri barədə məlumat ala biləcəklər.


PAŞA Sığorta şirkətinin Sığorta iddiaları və hüquqi təminat departamentinin rəhbəri Azər Kərimov bu modulun sığorta hadisəsi baş vermiş müştərilərin rahatlığını təmin edəcəyinə inanır. Onun sözlərinə görə bu yeni modul xarici praktikada çox istifadə olunsa da Azərbaycan sığorta bazarı üçün bir yenilikdir və bu yenilik müştərilərin sığorta tərəfdaşı kimi PAŞA Sığortanı seçmələri üçün vacib üstünlüklərdən olacaq.


Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığorta şirkəti 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə yeni kampaniyaya başlayır.
PASHA chatSualınız var?