*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
30 January 2021

PAŞA Sığortadan PAŞA Bank kart sahibləri üçün “Unikal” könüllü tibbi sığorta məhsulu!

Heç gözləmədiyimiz anda gündəlik həyatımızın mərkəzinə yerləşən və bütün fəaliyyətimizə təsir göstərən COVID-19 pandemiyası bizə sağlamığımızın önəmini xatırlatdı. Hazırkı dövrdə tibbi sığortaya sahib olmaq olduqca vacibdir və bu zərurət hər gün daha da artmaqdadır. Sizin də mövcud çətin şəraitdə istənilən tibbi hallara qarşı sığortanız olsun deyə PAŞA Sığorta şirkəti tərəfinədn “Unikal” fərdi tibbi sığorta məhsulu yaradıldı.



PAŞA Bank kart sahibi olan bütün müştərilər yeni təqdim edilən tibbi sığorta məhsulunun üstünlüklərindən yararlana bilər. Ən əsas üstünlük heç bir əlavə şərt olmadan müştərilərin məhsulu həm özü, həm də ailə üzvləri üçün əldə etmə imkanına sahib olmalarıdır.

“Unikal” könüllü tibbi sığorta məhsulundan faydalanmaq istəyən müştərilər öz istəyinə uyğun olaraq, “Emergency”, “Classic+”, “Silver” və “Gold” adları ilə fərqləndirilən könüllü tibbi sığorta proqramlarından birini seçə bilər. Hər sığorta proqramı üçün təyin edilmiş sığorta haqqı uyğun olaraq, 300 AZN, 600 AZN, 800 AZN və 1000 AZN məbləğindədirTibbi sığorta zamanı sığortalılar üçün nəzərdə tutulan təminat məbləğləri isə müvafiq olaraq, 5000 AZN, 10000 AZN, 15000 AZN və 20000 AZN təşkil etməkdədir. “Gold” könüllü tibbi sığorta proqramını digər proqramlardan fərqləndirən əsas üstünlüyü isə müştərilər üçün illik profilaktik tibbi müayinə (check-up) təminatının da paketə daxil edilməsidir.

“Unikal” könüllü tibbi sığorta məhsulunu əldə edəcək müştərilər təcili tibbi yardım, təcili stomoloji yardım, təcili tibbi daşınma və evakuasiya, stasionar müalicə və müalicə zamanı dərman vasitələri ilə təminatla yanaşı digər əlavə tibbi xidmətlərdən də yararlana biləcək.
MÜRACİƏT ÜÇÜN LİNK: https://bit.ly/Unikal_tibbi_sığorta

Unikal tibbi sığorta məhsulu haqqında ətraflı məlumat əldə etmək üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya PAŞA Sığortanın rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance) səhifəsinə müraciət edə bilərsiniz.

Next news

PAŞA Sığortanın təqdim etdiyi COVID Yardım tibbi sığorta məhsulu yeniləndi!