*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Payment rules

Bağla

Career

Bağla
01 July 2021

“PAŞA Sığorta”dan “Sərinlədən Yay Fürsəti” kampaniyası!

Yay aylarında istirahətdən daha gözəl nə ola bilər? Təbii ki, hədiyyə istirahət.Sahib olduğu sığorta məhsulları üzrə hər fəsil fərqli kampaniyalarla müştərilərini sevindirən “PAŞA Sığorta” qızmar yay günlərində müştərilərinə istirahət sevinci bəxş edəcək. Kampaniyadan yararlanmaqla həm evinizi təminatımız altına alacaq, həm də hədiyyə istirahət qazanacaqsınız.


Belə ki, 1-31 iyul tarixləri arasında “Yaşıl Bakı” könüllü əmlak sığortası əldə edən hər kəs “Amburan Beach”dən hədiyyə kuponu qazanacaq. “Yaşıl Bakı” könüllü əmlak sığortasını əldə edəcək müştərilər “Çinar” paketi üzrə 30 AZN dəyərində, “Cökə” paketi üzrə 40 AZN dəyərində, “Zeytun” paketi üzrə isə 50 AZN dəyərində “Amburan Beach Club”dan hədiyyə istirahət kuponunun sahibi olacaq.

Kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Kampaniyadan yararlanmaq üçün “Yaşıl Bakı” könüllü əmlak sığortası üzrə https://bit.ly/OnlaynMüraciətEt keçidi vaitəsilə onlayn müraciət etmək mümkündür. Bununla yanaşı, “PAŞA Sığorta” şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance ) yazaraq kampaniya haqqında ətraflı məlumat ala və ya müraciət edə bilərsiniz.

Növbəti xəbər

PAŞA Qrup əməkdaşları üçün KASKO sığortasına özəl endirim!