Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Hazırda bütün dünyanın diqqət mərkəzində olan COVID-19 virusunun yayılması ilə əlaqədar olaraq insanlarda stress və psixoloji gərginliyin artması müşahidə olunur. Bu narahatlığı azaltmaq məqsədilə, PAŞA Sığorta könüllü tibbi sığortası olan hər bir müştəriyə ödənişsiz olaraq psixoloq ilə tam anonim konsultasiya xidməti təklif edir.
Qayğıya, anlayışa və dəstəyə daha çox ehtiyac duyulan bu dövrdə şirkət könüllü tibbi sığortası olan hər bir müştərisinə tam təmənnasız “Psixoloq Konsultasiyası” xidmətini təklif edir. Bu xidmət vasitəsilə sığortası olan hər bir şəxs həftə içi 5 gün saat 12:00-dan 16:00-dək (+99412) 404 98 58 telefon nömrəsi ilə əlaqə saxlayaraq tam anonim şəkildə psixoloji dəstək ala bilər.
Xidmət PAŞA Sığortanın tərəfdaşı olan “Sphera health care AZ” şirkəti tərəfindən təmin edilir.
Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Next news
PAŞA Sığortadan sığortalılar üçün tamamilə ödənişsiz "Psixoloji konsultasiya" xidməti!