*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Payment rules

Bağla

Career

Bağla
09 April 2021

“PAŞA Sığorta”dan “Unikal” fərdi tibbi sığorta məhsuluna 10% endirim!

“PAŞA Sığorta” şirkəti tərəfindən təqdim edilən “Unikal” fərdi tibbi sığorta məhsulunu indi “PAŞA Bank” ” “Visa” kart sahibləri endirimlə əldə edə biləcək. Belə ki, 15 aprel- 15 may tarixləri arasında “Unikal” fərdi tibbi sığorta məhsulunu əldə etmək istəyən “PAŞA Bank” “Visa” kart sahiblərinin sığorta haqqına 10% endirim tətbiq olunacaq. Məhsulu əldə edən müştərilər təcili tibbi yardım, stomatoloji yardım yardım və profilaktik müayinə(check-up) kimi bir çox tibbi xidmətlərdən yararlana bilərlər.

“Unikal” könüllü tibbi sığorta məhsulundan faydalanmaq istəyən müştərilər öz istəyinə uyğun olaraq, “Emergency”, “Classic+”, “Silver” və “Gold” adları ilə fərqləndirilən könüllü tibbi sığorta proqramlarından birini seçə bilər. Hər sığorta proqramı üçün təyin edilmiş endirimsiz sığorta haqqı uyğun olaraq, 300 AZN, 600 AZN, 800 AZN və 1000 AZN məbləğindədirTibbi sığorta zamanı sığortalılar üçün nəzərdə tutulan təminat məbləğləri isə müvafiq olaraq, 5000 AZN, 10000 AZN, 15000 AZN və 20000 AZN təşkil etməkdədir. “Gold” könüllü tibbi sığorta proqramını digər proqramlardan fərqləndirən əsas üstünlüyü isə müştərilər üçün illik profilaktik tibbi müayinə (check-up) təminatının da paketə daxil edilməsidir.

“Unikal” könüllü tibbi sığorta məhsulunu əldə edəcək müştərilər təcili tibbi yardım, təcili stomoloji yardım, təcili tibbi daşınma və evakuasiya, stasionar müalicə və müalicə zamanı dərman vasitələri ilə təminatla yanaşı digər əlavə tibbi xidmətlərdən də yararlana biləcək.
MÜRACİƏT ÜÇÜN LİNK: https://bit.ly/Unikal_tibbi_sığorta

Unikal tibbi sığorta məhsulu haqqında ətraflı məlumat əldə etmək üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya PAŞA Sığortanın rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance) səhifəsinə müraciət edə bilərsiniz.

Növbəti xəbər

“PAŞA Sığorta” fərdi şəxslər üçün könüllü tibbi sığorta məhsulunu təqdim edir!