*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Payment rules

Close

Career

Close
10 November 2021

PAŞA Sığortadan Tam KASKO sığortası üzrə 25% endirim kampaniyası!

Hər zaman müştəriləri sərfəli təkliflər ilə sevindirən PAŞA Sığorta şirkəti Tam KASKO sığortası üzrə 25% endirim kampaniyasını elan edir!


Belə ki, 10-20 noyabr tarixləri arasında davam edəcək olan kampaniya çərçivəsində könüllü avtomobil sığortası əldə etmək istəyən müştərilər "Taleh 2021" promo kodunu təqdim etməklə Tam KASKO sığortası üzrə 25% endirim əldə edəcək. Həmçinin, müştərilər Tam KASKO məhsulunu əldə edərkən sığorta haqqı ödənişini məbləğdən asılı olaraq bir neçə aya bölərək ödəyə bilər.

Qeyd edək ki, kampaniya yalnız yeni müştərilərə şamil olunur və digər endirimli təklif və ya kampaniyalarla birgə istifadə oluna bilməz.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya  https://bit.ly/TalehYuzbeyov keçidi ilə onlayn müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


Next news

PAŞA Sığorta və Bakı Dövlət Universiteti arasında memorandum imzalandı!