Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) həm kişi, həm də qadın vəkil və hüquqşünaslarından ibarət futbol komandaları (müvafiq olaraq “Advokat” və “Legal Eagles”) PAŞA Sığorta şirkətinin dəstəyi ilə Dubayda təşkil edilən vəkil və hüquqşünaslar arasında dünya çempionatı hesab edilən “Mundiavocat 2024” turnirində iştirak ediblər.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” futbol komandası turniri gümüş medalla başa vurub. Beləliklə, Azərbaycanın ilk və yeganə həvəskar qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” komandası qatıldığı beynəlxalq turnirdə ilk böyük uğurunu qazanmış olub.
Həmçinin kişi vəkil və hüquqşünaslardan ibarət “Advokat” futbol komandası turniri V pillədə başa vurub.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Next news
PAŞA Sığortadan Gənclər Gününə özəl " Gənc KASKO" kampaniyası!