Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Davamlı olaraq KSM (Korporativ Sosial Məsuliyyət) layihələr keçirən PAŞA Sığorta şirkəti bu dəfə təhsilə və elmə dəstək məqsədi ilə Azərbaycanın cənub zonasında yaşayan bu il birinci sinifə gedəcək uşaqları sevindirdi.
Beləliklə, 8 sentyabr tarixində PAŞA Sığorta şirkətinin nümayəndələri Lənkəran Dövlət üniversitetinin akt zalında bu il məktəbə gedəcək Lənkəran, Lerik, Yardımlı, Astara və Masallı rayonlarında yaşayan bir sıra az təminatlı ailələrin uşaqlarının iştirakı ilə əyləncəli tədbir keçirdilər. Tədbirdə həmçinin uşaqları əyləndirmək üçün bir neçə maraqlı viktorinalar təşkil olundu. Tədbir zamanı iştirakçılara məktəbli formaları və bütün ehtiyac duyulan ləvazimatlarla doldurulmuş məktəbli çantaları paylanıldı. Qeyd edək ki, tədbirdə 200-ə yaxın iştirakçı var idi. Tədbir Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə keçirilmişdir.
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.
Next news
"Education for Career" project has been launched to increase the professional skills of youth in regions