*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
10 September 2019

“Sənətim-Gələcəyim” layihəsi internat uşaqlarına dəstək olub


 

PAŞA Sığortanın təşəbbüsü, PAŞA Holdinqin dəstəyi və “Etika Akademiyası”nın təşkilatçılığı ilə keçirilən “Sənətim-Gələcəyim” korporativ sosial məsuliyyət layihəsi uğurla yekunlaşıb.
 

Ötən ilin sentyabr ayında start götürən “Sənətim-Gələcəyim” layihəsi çərçivəsində Bilgəhdə yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin 9-11-ci siniflərində oxuyan 28 şagird təhsillərini davam etdirmək üçün müxtəlif fənn və peşələr üzrə nəzəri, həmçinin praktiki təlimlərdə iştirak ediblər. Layihənin başlıca məqsədi internat məktəbinin yuxarı sinif şagirdlərinin arzuladıqları ixtisas və peşəyə yiyələnməsi üçün onların hazırlıq və təlimlərdə tam təmənnasız iştirakını təmin edərək lazımi şərait yaratmaq, hərtərəfli dəstək olmaqdır.
 

Layihə nəticəsində şagirdlərdən 6 nəfər ali məktəbə, 16 nəfər peşə liseyinə, 5 nəfər isə kollecə qəbul olub. Tələbə adı qazanmış uşaqların uğurunu və layihənin yekunlarını qeyd etmək üçün “Məzun Günü” tədbiri keçirilib. Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və bir sıra digər qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə layihə iştirakçıları sertifikatlarla təltif olunublar.
 



 

Xatırladaq ki, layihə internatda təhsil alan bilik və bacarığı ilə fərqlənən uşaqların gələcək karyeralarına təkan vermək üçün onların ali və peşə məktəblərinə hazırlığına dəstək olmaqla cəmiyyətə inteqrasiyalarını təmin etməkdir. Qeyd edək ki, layihənin davamlılığının təmin edilməsi məqsədilə ödənişli əsaslarda qəbul olmuş şagirdlərin təhsil haqları PAŞA Holdinq tərəfindən qarşılanacaq.
 

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holdinq qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığorta və PAŞA Holdinq regionlarda 700-dək aztəminatlı məktəblini sevindirib