*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
19 April 2022

«Turan Drilling & Engineering» MMC öz sığortaçısı olaraq PAŞA Sığortanı seçdi!

«Turan Drilling & Engineering» MMC tərəfindən keçirilən könüllü tibbi sığorta üzrə tender sorğusu həyata keçirilmişdir. KCA Deutag və SOCAR AQŞ şirkətlərinin birgə müəssisəsi olan «Turan Drilling & Engineering» MMC tərəfindən keçirilən tender sorğusunun nəticəsi olaraq sözügedən sığorta növü üzrə ən uyğun seçim kimi “PAŞA Sığorta” şirkəti təyin edilərək xidmət üzrə işlər şirkətə həvalə edilmişdir.


Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

Sığorta istehlakçılarının ən güvəndiyi şirkət PAŞA Sığorta oldu!