*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

Sığorta növünü seçin

Bağla
17 Avqust 2017

PAŞA Sığortadan yeni hədiyyə kampaniyası: Avtomobilini sığortala və yurdumuzu kəşf et!

PAŞA Sığorta şirkəti yay mövsümü ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin KASKO sığortasını əldə edəcək müştərilər üçün “Avtomobilini sığortala və yurdumuzu kəşf et!” adlı yeni hədiyyə kampaniyasına start verir. Beləliklə, avqustun 17-dək minimal 450 AZN məbləğində könüllü avtomobil sığortası (KASKO) üzrə müraciət edəcək müştərilər PAŞA Sığortadan hədiyyə olaraq 200 AZN nominaladək ölkədaxili səyahət kuponu qazanacaqlar.

Kampaniyanın şərtlərinə əsasən müştərilər 450-1000 AZN sığorta haqqına görə 100 AZN, 1000 AZN-dən yüksək KASKO sığortası üçün isə 200 AZN nominallı səyahət kuponları əldə edəcəklər. Müştərilər səyahət kuponlarını Nizami küç. 167 C ünvanında yerləşən «Spektr Travel» turizm şirkətinə təqdim etməklə ölkəmizin müxtəlif bölgələrinə səyahət sifariş edə və ya kuponun nominal məbləğinə uyğun endirimdən faydalana bilərlər.

KASKO sığortasını əldə etmək və kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini və həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə göndərərək KASKO sığortasını əldə edə bilərsiniz.

Kampaniya çəçivəsində təqdim olunan səyahət kuponlarından istifadə qaydaları:

  • Hədiyyə kuponu yalnız “Spektr Travel” turizm şirkətində keçərlidir
  • Fərqli müştərilərə hədiyyə edilmiş bir neçə kuponla bir nəfərin “Spektr Travel” turizm agentliyinə müraciəti qəbul olunmur
  • Hədiyyə kuponlarının istifadə müddəti müştəriyə təqdim olunduğu gündən etibarən 1 il təşkil edir və bir kupon yalnız bir dəfə istifadə oluna bilər
  • Hədiyyə kuponlarının itirilməsinə, korlanmasına və digər şəxslərə verilməsinə görə məsuliyyəti müştəri daşıyır
  • Seçilmiş xidmətlərin qiyməti kuponun nominal dəyərindən artıq olarsa, müştəri fərqi nağd pulla ödəyə bilər
  • Seçilmiş xidmətlərin qiyməti kuponun nominal dəyərindən az olarsa, fərq nağd pulla qaytarılmır
  • Hədiyyə kuponu nağd pula dəyişdirilmir

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Növbəti xəbər

PAŞA Sığorta “Səyahət zamanı daşınmaz əmlakın sığortası” adlı yeni məhsulunu təqdim edir
PASHA chatSualınız var?