*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

01 Mart 2017

PAŞA Sığorta şirkəti 8 mart Qadınlar günü münasibəti ilə yeni kampaniyaya başlayır.

Hər zaman müştərilərinin rahatlığını düşünən PAŞA Sığorta şirkəti bu dəfə xanım müştərilərini sevindirməyi hədəfləyir.


Beləliklə, 8 mart Qadınlar günü münasibəti ilə 1-18 Mart tarixlərində PAŞA Sığorta şirkətinə müraciət edərək xanımlar üçün özəl olan PASHA Ladies kasko sığortasını əldə edən hər bir xanım əlavə olaraq 100 manatlıq hədiyyə kuponu əldə edir. Bu kuponla xanımlar şəhərimizdə yerləşən bir çox restoran, elektronika mağazaları, supermarket, geyim mağazaları, şirniyyat evləri və gözəllik salonlarında məhsul və xidmətləri əldə edə biləcəklər.


Nəzərinizə çatdıraq ki, «PASHA LADIES» özəlliklə xanımlar üçün nəzərdə tutulan ilk və yeganə KASKO sığortası məhsuludur. «PASHA LADIES» -i əldə edən bütün xanımlar özəl karta sahib olur və bununla müxtəlif məkanlarda ENDİRİM və ÜSTÜNLÜKLƏRDƏN yararlanmaq imkanı qazanırlar. Əlavə olaraq bildirmək istərdik ki, «PASHA LADIES» sığorta məhsulu çərçivəsində Sizlər sığorta haqqını hissə-hissə də ödəyə bilərsiniz.


«PASHA LADIES» barədə ətraflı məlumat: *7000 Sığorta Məsləhətləri Xətti və ya http://bit.ly/1JgscXj.


Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti Şəki şəhərində yeni nümayəndəliyin açılışını keçirdi.
PASHA chatSualınız var?