*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

05 Aprel 2017

PAŞA Sığorta-dan yeni kampaniya: KASKO Almaq Sizdən, Uşağınız üçün Avtomobil Oturacağı Bizdən!

PAŞA Sığorta şirkəti uşaqların təhlükəsizliyini düşünərək avtonəqliyyat vasitələrinin KASKO sığortası üzrə müraciət edəcək müştərilər üçün yeni “KASKO Almaq Sizdən, Uşağınız üçün Avtomobil Oturacağı Bizdən!” adlı kampaniyaya start verir. Belə ki, 5 - 25 aprel tarixlərində minimal 450 AZN məbləğində KASKO sığortası üzrə müraciət edəcək müştərilər uşaqlar üçün nəzərdə tutulan avtomobil oturacağını PULSUZ əldə edəcəklər.

KASKO sığortasını əldə etmək və kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini və həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (PASHA Insurance) göndərərək KASKO sığortasını əldə edə bilərsiniz.

Qeyd edək ki, “KASKO Almaq Sizdən, Uşağınız üçün Avtomobil Oturacağı Bizdən!” kampaniyası uşaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilir.

“PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti Ağsu şəhərində yeni nümayəndəliyin açılışını keçirib
PASHA chatSualınız var?