*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

16 İyul 2020

PAŞA Həyat Sığorta və PAŞA Sığorta şirkətləri COVID-19 pandemiyasına qarşı mübarizə üçün Kubadan Azərbaycana həkimlərin cəlb olunmasına dəstək oldu

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha verilmiş göstərişinə uyğun olaraq yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycana dəvət olunub.

Ölkə başçısının böyük təşkilatlara yönəlmiş Korporativ Sosial Məsuliyyət istiqamətinə lazımi diqqətin ayrılmasını təşviq edən çağırışına ilk cavab verən şirkətlərdən biri bu dəfə də PAŞA Holding və onun törəmə şirkətləri oldu.

Belə ki, PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətlərinin maliyyə dəstəyi ilə bütün dünyanı öz əsarətinə alan və vətəndaşlarımızın sağlamlığını risk altında saxlayan COVID-19 pandemiyasına qarşı mübarizə üçün Azərbaycana 115 kubalı tibb mütəxəssisi cəlb olunub. Onlar arasında epidemioloqlar, infeksionistlər və reanimatoloqlar var.

PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətlərinin dəstəyi ilə artıq ölkəmizə çatdırılan mütəxəssislər Kubada geniş yayılmış yoluxucu xəstəliklərlə, xüsusilə Ebola virusu ilə mübarizədə geniş təcrübəyə malikdirlər. Eyni zamanda, Kubalı peşəkarlar ümumilikdə səhiyyə və tibb sahəsində geniş biliklərə malikdirlər ki, bu da onların dəstəyi sayəsində tibb işçilərimizin COVID-19 virusu ilə mübarizədə xüsusi inkişaf əldə edəcəyinə inam verir. Belə ki, ölkəmizə gələn səhiyyə işçiləri pandemiyaya qarşı mübarizədə yerli həkimlərlə öz təcrübələrini bölüşəcək, bu virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarları ilə birlikdə çalışacaqlar.

Xatırladaq ki, COVID-19 pandemiyası dövründə PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən koronavirusla mübarizə istiqamətində bundan öncə də bir neçə irimiqyaslı tədbirlər görülüb. Şirkətlər Qrupunun dəstəyi ilə koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması, Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsinə dəstəyin göstərilməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə birgə fermerlərə mikrokreditlərin təqdim edilməsi kimi sosial məsuliyyət yönümlü fəaliyyətlər həyata keçirilib.

Növbəti xəbər

PAŞA Sığorta ödənişləri indi BirBankda!
PASHA chatSualınız var?