*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
05 Noyabr 2020

PAŞA Sığorta “Güvənli Gələcək” adlı təlimlərlə sosial məsuliyyət layihəsini davam etdirir.

Bildiyiniz kimi, daim Korporativ Sosial Məsuliyyət layihələrinə böyük önəm verən PAŞA Sığorta şirkəti PAŞA Holdinqin dəstəyi və “Стоп Угроза” beynəlxalq uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbinin rəsmi təmsilçisi “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə “Güvənli Gələcək” adlı sosial layihəyə start vermişdir.
Layihənin əsas məqsədi paytaxtımız və bölgələrimizdə yerləşən uşaq evləri, sığınacaqlar və aztəminatlı ailələrin uşaqları üçün təhlükəsizlik üzrə təlimlərin keçirilməsidir.



“Güvənli Gələcək” layihəsi çərçivəsində 21 sentyabr tarixində “Damla” İctimai Birliyində məskunlaşmış 6-10 yaş aralığındakı uşaqlara “5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar?” və “Bullinqə son!” mövzularında təlimlər həyata keçirilmişdir. Eyni mövzuları əhatə edən təlim 25 sentyabr tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində 8-12 yaş aralığında olan uşaqlar üçün həyata keçirilmişdir. Hazırda dünyada 35% uşaqların “Bullinqə” məruz qaldığı və təxmini olaraq 31% uşağın itkin düşdüyü məlumdur.



“Bullinqə son!” adlı təlimdə uşaqlar zərərli hərəkətlər və təsadüfi təhqirləri ayırmağı, cinayətkarları tanımağı, vəziyyətdən asılı olaraq mənəvi müqavimətin ən təsirli yollarını necə tapmağı, gizli manipulyasiyaları görməyi və onlara qarşı mübarizə haqqında məlumatlar verilmişdir.


“5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar? ” adlı təlimdə isə uşaqlar öz təhlükəsizliyi üçün məsuliyyəti dərk etməyə təşviq edilmişdir. Həmçinin, dostları ilə
alınan məlumatları müzakirə edərək, yeni məlumatlar əsasında uşaqlarda davranış alqoritminin formlaşdırılmasına təşəbbüs göstərilmişdir.


Təlimlərin nəticəsi olaraq uşaqlarda "Cinayətkar" obrazı yox olur, aydın şəkildə başa düşülür ki, real həyatda oğurluq edən şəxs xarici görünüş olaraq ümumiyyətlə şübhə yaratmaya bilər. Həmçinin, uşaqlara onları əhatə edən insanları dostlar və kənar adamlar qruplarına ayırmaq bacarığı aşılanmış və onlarda etimad dairəsi haqqında anlayış yaradılmışdır.



Bir neçə ay davam edəcək layihə, sözü gedən mövzularda təlimlərin keçirilməsi, maarifləndirmə xarakterli çarxların hazırlanması və məktəblilər arasında təbliğat işlərinin aparılması kimi mərhələlərdən ibarət olmaqla, uşaqların məskunlaşdığı digər mərkəzlərdə də keçirələcəkdir. Biz əminik ki, bu tip xüsusi proqramların keçirilməsi, gələcəkdə həyatın bütün mərhələlərində vacib situasiyalar zamanı övladlarımızın həyatında öz müsbət əksini tapacaq.



Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti cəbhəyanı bölgələrdə çətin şəraitdə məskunlaşmış 500 ailə üçün yardım göndərdi.