*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

Sığorta növünü seçin

Bağla
02 İyun 2021

“PAŞA Sığorta” könüllü tibbi sığorta məhsulunu “BirKart” ilə hissələrə bölərək əldə etmək imkanı təqdim edir.

Müştərilərdən gələn çoxsaylı müraciətlər üzrə keçən həftələrdə könüllü tibbi sığorta məhsulunu təqdim edən “PAŞA Sığorta” şirkəti bu məhsul üzrə müştərilərə yeni imtiyaz təqdim edir. Fərdi müştərilər üçün nəzərdə tutulmuş könüllü tibbi sığorta məhsulununun sığorta haqqını “BirKart” vasitəsilə istəkdən asılı olaraq bir neçə aya bölərək ödəmək mümkündür.



Belə ki, sığorta haqqı 3, 6, 9 və ya 12 hissəyə bölünə bilər (sığorta məhsulunun müddətindən çox olmamaq şərti ilə). Hissəli (taksit) ödəniş zamanı sığorta haqqına əlavə komissiya və ya hər hansı faiz tətbiq olunmur. Ödənişin hissələrə bölünməsi üçün müştəri PAŞA Sığortanın Baş Ofisi, Port Baku Ofisi, Sumqayıt və ya Gəncə filiallarına yaxınlaşıb ödənişi ofislərdəki POS Terminallar vasitəsilə həyata keçirməlidir.

Qeyd edək ki, könüllü tibbi sığorta məhsulu “Gold”, “Silver” və “Classic+” adı altında 3 paket şəklində müştərilərə təklif edilir. Müştərilər “Gold” paketi üzrə 1050 AZN sığorta haqqı ödəməklə 20 000 AZN, “Silver” paketi üzrə 840 AZN sığorta haqqına 15 000 AZN, “Classic+” paketi üzrə isə 645 AZN sığorta haqqına 10 000 AZN sığorta təminatı əldə edə bilərlər.

Fərdi könüllü tibbi sığortasını əldə etmək, həmçinin məhsul barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) müraciət edə bilərsiniz.

Növbəti xəbər

“PAŞA Sığorta” bazar dəyəri yüksək olan avtomobillər üçün “OK 1900” paketini təqdim edir!
PASHA chatSualınız var?