*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

02 Sentyabr 2020

PAŞA Sığorta "Payızın KASKO fürsəti!" kampaniyasını təqdim edir


PAŞA Sığorta şirkəti yeni fəsildə də müştəriləri endirimli və hədiyyəli kampaniya ilə sevindirməyə davam edir. Belə ki, "Payızın KASKO fürsəti!" adlı kampaniya ilə KASKO könüllü avtomobil sığortası əldə edəcək müştərilər 20%-dək özəl endirim və ya 200 AZN-dək yanacaq kartı əldə etmək fürsəti qazanacaqlar.

Beləliklə, 30 sentyabr tarixinə qədər tam KASKO sığortası əldə edəcək fərdi müştərilər qəzasız sürücülük təcrübəsinə əsasən icbari sığorta üzrə tətbiq edilən bonus əmsalına uyğun könüllü avtomobil sığortası üzrə də endirim əldə edəcəklər. Bununla bonus əmsalı nəzərə alınmaqla müştərilər müvafiq olaraq 10%, 15% və 20% endirim qazanacaqlar. Bonus əmsalı 10%-dən aşağı olan və endirim əldə edə bilməyən müştərilərə isə sığorta haqqından asılı olaraq 200 AZN nominaladək Azpetrol yanacaq kartı hədiyyə olunacaq.



KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığortadan sərfəli qiymətə KASKO sığortası arzulayan müştərilərimiz üçün optimal təklif!
PASHA chatSualınız var?