*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
02 İyun 2021

“PAŞA Sığorta” sığortalı müştərilərinin övladları üçün ödənişsiz onlayn tibbi xidmət təqdim edir!


“1 iyun” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "PAŞA Sığorta” şirkəti öz kasko, əmlak və tibbi sığortalı müştərilərinin övladlarını ödənişsiz onlayn həkim-pediatr xidməti ilə təmin edir.


Təklif edilən onlayn həkim-pediatr xidmətindən yararlanmaq istəyən sığortalı müştərilər 1-5 iyun tarixləri arasında hər gün saat 08:00-dan 22:00-dək *1103 nömrəsinə zəng vuraraq:

- Uşaq xəstəliklərinin profilaktikası;

- Mövsümi peyvəndlərin vurulması;

- Yeni doğulmuş körpələrin qidalanması;

- Yoluxucu xəstəliklərdən qorunma metodları;

- Ümumi müqavimətin gücləndirilməsi və bu kimi digər tibbi məsələlərlə bağlı dəstək ala bilərlər.


“PAŞA Sığorta” şirkətində aktiv əmlak, kasko və ya tibbi sığortası olan hər bir müştəri xidmətdən yararlana bilər. Xidmət "Sphera Healthcare AZ” telesəhiyyə şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Növbəti xəbər

“PAŞA Sığorta” könüllü tibbi sığorta məhsulunu “BirKart” ilə hissələrə bölərək əldə etmək imkanı təqdim edir.