*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

Sığorta növünü seçin

Bağla
27 Noyabr 2017

PAŞA Sığorta şirkəti Bravo Hipermarketində fəaliyyətə başlayıb

PAŞA Sığorta şirkəti Bravo Hipermarketində yeni satış məntəqəsini istifadəyə verib.


Hər zaman müştərilərin rahatlığını təmin etməkdə səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti bu dəfə müştərilərə daha yaxın olmaq məqsədi ilə Əhmədli qəsəbəsi, Ramiz Quliyev küç. 4 ünvanında yerləşən Bravo Hipermarketində yeni satış məntəqəsini müştərilərin istifadəsinə verib. Müştərilər yeni məntəqəyə yaxınlaşaraq hər növ könüllü və icbari sığorta məhsulları barədə məlumat ala, həmçinin avtomobil, əmlak, səyahət sığortasını yerində əldə edə bilərlər. PAŞA Sığortanın satış məntəqəsi bazar ertəsi–cümə günü saat 11:00-dan 23:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 23:00-dək fəaliyyət göstərəcək.


Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.


Sığorta məhsulları barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya, PAŞA Sığortanın rəsmi saytı (http://pasha-insurance.az/) və ya Facebook səhifəsi vasitəsilə müraciət edə bilərsiniz.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti SOS uşaq kəndləri ilə artıq 6 aydır əməkdaşlıq edir.
PASHA chatSualınız var?