*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

21 Mart 2020

PAŞA Sığorta şirkəti korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.

PAŞA Sığorta şirkəti korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.

Şirkət virusla mübarizə məqsədi ilə fondun hesabına 100 000 manat məbləğində vəsait köçürmüşdür. Ölkəmiz tərəfindən Koronavirusla Mübarizəyə dəstək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli sərəncamı ilə yaradılmış olan fondun açıqlanmış hesabına PAŞA Sığorta şirkəti də digər şirkət və qurumlar kimi qlobal təhlükə ilə mübarizəyə dəstək üçün qeyd olunan məbləği köçürmüşdür.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta müştəriləri özünütəcrid tədbirlərinə uyğun davranmağa çağırır
PASHA chatSualınız var?