*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
04 Fevral 2019

PAŞA Sığorta şirkəti talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan vermə aksiyası keçirib.

PAŞA Sığorta şirkətində Qan Donorlar Assosiasiyasının dəstəyi ilə 2 Fevral Azərbaycan Gəncləri günü münasibəti ilə qan vermə aksiyası keçirilib.

İlk öncə şirkətin əməkdaşları həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib.

Toplanan qanın talassemiyadan əziyyət çəkən uşaqlara ayrılması nəzərdə tutulub. Həmçinin aksiyada iştirak edən hər bir donora şirkət tərəfindən xüsusi təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Mütəmadi olaraq KSM istiqamətli layihələr, aksiyalar təşkil edən PAŞA Sığorta şirkəti ilk dəfə qan vermə aksiyası da keçirib. Şirkətdən verilən məlumata görə Qan Donorlar Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində gələcəkdə də bu istiqamətdə aksiyaların keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir.“PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti internat uşaqlarının ali məktəbə qəbul olmasına dəstək verir.