*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

Sığorta növünü seçin

Bağla
03 May 2019

PAŞA Sığorta şirkətinin rəhbərliyində yeni təyinat olub

PAŞA Sığorta şirkətinin İdarə Heyətinə yeni təyinat olub.

Belə ki, Ülviyyə Abbasova PAŞA Sığorta şirkətində İdarə Heyətinin üzvü vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin edilib. O, şirkətin maliyyə blokuna rəhbərlik edəcək.

Ülviyyə Abbasova bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetində fərqlənmə diplomu ilə bitirib. Daha sonra 2015-ci ildə IE Business School-da biznesin idarəedilməsi üzrə magistr dərəcəsinə yiyələnib. Müxtəlif illərdə ixtisaslaşmış sertifikasiya kurslarında təlim keçib, CIMA və ACCA kimi beynəlxalq sertifikatlara yiyələnərək risklərin idarə olunması, maliyyə və mühasibatlıq sahələrində bilik və keyfiyyətlərə malikdir.

Uzun müddət Unibankda müxtəlif rəhbər vəzifələrdə çalışmış Ülviyyə Abbasova 2016-cı ildən etibarən PAŞA Holding şirkətində fəaliyyət göstərib.

Qeyd edək ki, buna qədər PAŞA Sığortada sözügedən vəzifədə fəaliyyət göstərən Murad Süleymanov PAŞA Holding şirkətinə maliyyə direktoru təyin edilib.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti KASKO sığortası üzrə irihəcmli ödənişlər həyata keçirib
PASHA chatSualınız var?