*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
10 Aprel 2021

“PAŞA Sığorta” şirkətinin "15-ci ilə özəl 15 % endirim" kampaniyasının müddəti uzadıldı!


“PAŞA Sığorta” şirkətinin 15 illik yubileyi münasibətilə təqdim etdiyi ”15 üçün 15” kampaniyasının müddəti müştərilərdən gələn istək əsasında 30 aprel tarixinədək uzadıldı. Kampaniya şərtlərinə əsasən, istər könüllü əmlak, istərsə də könüllü avtomobil sığortası əldə etmək istəyən müştərilərimiz sığorta haqqına 15% endirim əldə edəcək. Tam KASKO sığortası üzrə sığorta haqqı 500 AZN və daha yüksək məbləğ təşkil edəcək fərdi müştərilərimiz bu endirimdən yararlana biləcək. Əmlak sığortası üzrə isə müştərilərimiz “Yaşıl Bakı” könüllü əmlak sığortası məhsuluna aid olan “Zeytun”, “Cökə” və ya “Çinar” paketlərindən birini əldə etməklə sığorta haqqına 15% endirimdən faydalana biləcək.




TAM Kasko sığortası müştərilərə avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, yanğın və partlayış, heyvanların hərəkəti və təbii fəlakət risklərinə qarşı təminat vəd edir. Yaşıl Bakı” könüllü əmlak sığortası təminatlarına isə yanğın, ildırım düşməsi, məişət və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, subasma, üçüncü şəxslərin hərəkətləri, təbii fəlakətlər, oğurluq, nəqliyyat vasitələrinin vurması kimi risklər daxildir.




Kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Kampaniyadan yararlanmaq üçün TAM Kasko sığortası üzrə https://bit.ly/2G0vqVy keçidi ilə, “Yaşıl Bakı” könüllü əmlak sığortası üzrə isə https://bit.ly/OnlaynMüraciətEt keçidi vaitəsilə onlayn müraciət etmək mümkündür. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə ( https://www.facebook.com/pasha.insurance ) yazaraq kampaniya haqqında ətraflı məlumat ala və ya müraciət edə bilərsiniz.

Növbəti xəbər

“PAŞA Sığorta”dan “Unikal” fərdi tibbi sığorta məhsuluna 10% endirim!