*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

Sığorta növünü seçin

Bağla
11 İyun 2018

“PAŞA SIĞORTA” DAN BÜTÜN DÜNYANI ƏHATƏ EDƏCƏK YENİ MƏHSUL



“PAŞA SIĞORTA” DAN BÜTÜN DÜNYANI ƏHATƏ EDƏCƏK YENİ MƏHSUL


Şirkət Azərbaycanda ilk dəfə beynəlxalq tibbi sığorta məhsulu təqdim edir


Bakı 8 iyun, 2018-ci il: “PAŞA Sığorta” Azərbaycan sığorta bazarı üçün yenilik olan və maksimum dərəcədə geniş sığorta təminatı verən beynəlxalq tibbi sığorta məhsulunu təqdim edir. Şirkət bununla əlaqədar olaraq iyunun 8-də 200 nəfər qonaq və media nümayəndəsi üçün təqdimat mərasimi keçirib.


Tədbirdə “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova, Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurova, şirkətin bu məhsul üzrə əməkdaşlıq etdiyi xarici tərəfdaşları “Crossborder Health Partners” və “Global Benefits Group” şirkətlərinin nümayəndələri, “Acıbadem” xəstəxanalar şəbəkəsinin ümumi cərrahiyə üzrə dosenti Doç.Dr.Tamer Karşıdağ və həkim-psixiatr Həlimə Qəmərlinskaya çıxış etmişdir.


Daim müştəri istəklərini fəaliyyətinin əsas meyarı tutan “PAŞA Sığorta” xarici ölkələrin xəstəxanalarında keçərli beynəlxalq tibbi sığorta məhsulunu 2 növdə təklif edir – “Sərhədsiz Səhhət”“Tibbi Sığorta: Acıbadem”. Bu məhsulların bazara təqdim olunma ideyası da məhz müştərilərdən daxil olan çoxsaylı sorğulara əsasən yaranmışdır. Hər bir sığorta məhsulu iki paketdən ibarətdir. “Sərhədsiz Səhhət” paketləri bütün dünya üzrə ərazilərə bölünür.


“Sərhədsiz Səhhət” - dünyanın dörd bir yanında keçərli beynəlxalq tibbi sığorta məhsuludur və hər bir ərazi bölgüsü daxilində “Advantage” və “Advantage Plus” tibbi sığorta paketlərini seçmək imkanı verir: 1-сi ərazi - bütün dünya; 2-ci ərazi - Şimali Amerika istisna olmaqla, bütün dünya; 3-cü ərazi Şimali Amerika, Çin, Böyük Britaniya, Honq Konq, Sinqapur və İsveçrə istisna olmaqla, bütün dünya; 4-cü ərazi - Şimali Amerika, Çin, Böyük Britaniya, Honq Konq. Sinqapur, İsveçrə, Avstraliya, Braziliya, Çili, Meksika, və Tayland istisna olmaqla bütün dünya.


“Tibbi Sığorta: Acıbadem” Bu tibbi sığorta məhsulu 2 paketdən ibarətdir. “Crystal” və “Diamond”.Crystal” tibbi sığorta paketi maksimum 80 000 ABŞ dolları, “Diamond” tibbi sığorta paketi isə maksimum 500 000 ABŞ dolları sığorta təminatına malikdir.


Qeyd olunan məhsulların təminatına xarici xəstəxanalarda check-up müayinə, hamiləlik, xroniki və onkoloji xəstəliklər kimi mühüm xidmətlər daxildir.


Tədbirdə çıxış edən “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova bildirib: “Azərbaycanın ən böyük sığorta şirkəti olaraq biz hər zaman müştərilərimizə yalnız ən yaxşı həlləri təqdim edirik. Məhz buna görə biz beynəlxalq sağlamlıq sığortası üzrə böyük təcrübəyə malik olan “Cross Border Health Partners” və “Global Benefits Group”u partnyor şirkətlər kimi seçmişik. Biz çox şadıq ki, öz müştərilərimizə təkcə Azərbaycanda yox, həmçinin bütün dünyada yüksək səviyyəli tibbi sığorta üzrə xidmət təklif edə bilirik”


Qeyd edək ki, sığorta paketlərinin qiymətləri müraciət edən şəxsin yaşına, sağlamlıq tarixçəsinə görə dəyişir. Həmçinin fərdi, qrup, korporativ şəkildə müraciət edərək bu məhsulları xüsusi şərtlərlə əldə edə bilərsiniz.


“PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta “Karyera üçün Təhsil” layihəsi çərçivəsində regionlarda təlimlər təşkil edib
PASHA chatSualınız var?