*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Sığorta növünü seçin

Bağla

Müştəri məmnuniyyəti

Bağla
10 Sentyabr 2018

PAŞA Sığortadan qaydalarla sürənlər üçün 3 dəfə daha ucuz yeni KASKO məhsulu.

PAŞA Sığortadan qaydalarla sürənlər üçün 3 dəfə daha ucuz yeni KASKO məhsulu.


Daim müştərilərini yeni məhsul təklifləri ilə sevindirən PAŞA Sığorta şirkəti bu dəfə qaydalarla sürən, nümunəvi sürücülər üçün yeni KASKO məhsulunu təqdim edir. Yol hərəkət qaydalarına riayət edən sürücülər üçün KASKO artıq 3 dəfə daha ucuzdur.


Beləliklə yeni yaradılan “Sənin KASKOn” məhsulu standart KASKOdan 3 dəfə daha ucuz qiymətə müştərilərə təklif olunur və avtonəqliyyat hadisəsi riskinə təminat verir. Yol nəqliyyat hadisəsi zamanı iki və ya daha çox avtomobilin toqquşmasında günahsız olduğu halda sığortalıya dəyən zərər PAŞA Sığorta şirkəti tərəfindən tam qarşılanır. Bununla daha az sığorta haqqı ödədiyiniz halda belə, hadisə zamanı yaranan zərər PAŞA Sığorta tərəfindən qarşılanacaq.


Qeyd edək ki, bu məhsulun yaradılmasına əsas səbəb müştərilərdən alınan çox saylı istəklər olub.


PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti yeni tədris ili ərəfəsində region məktəblilərini sevindirib