*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

21 Mart 2020

PAŞA Sığortadan tam təmənnasız Telesəhiyyə Xidməti!

PAŞA Sığortadan könüllü tibbi sığortası olan hər kəs ödənişsiz olaraq Telesəhiyyə xidmətindən yararlana biləcək.

Daim müştərilərin qeydinə qalan PAŞA Sığorta şirkəti beynəlxalq və yerli səhiyyə qurumlarının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının (COVİD-19) yayılma riskinin qarşısının alınması məqsədilə tibb müəssisələrinə planlı müraciətləri (təxirəsalınmaz hallar istisna olmaqla) müvəqqəti olaraq minimallaşdırmağı və fərqli vaxta keçirməyi tövsiyə edir.

Cari vəziyyətdə ehtiyac olan tibbi dəstəyin təmin edilməsi üçün şirkət “Könüllü Tibbi Sığorta” proqramı təklif etdiyi bütün korporativ müştərilərinə tam təmənnasız “Telesəhiyyə xidməti” təklif edir. Bu xidmət vasitəsilə PAŞA Sığortadan Könüllü Tibbi Sığortası olan hər kəs 31 May tarixinə qədər saat 08:00-dan 22:00-dək (bazar günləri istisna olmaqla) və bayram günləri saat 10:00-dan 16:00-dək (+994 12) 404 98 50 telefon nömrəsi ilə əlaqə saxlayıb sağlamlıqları ilə əlaqədar yaranan müxtəlif sorğularla bağlı peşəkar ailə həkimi və həkim-pediatr məsləhətindən yararlana biləcəklər.

Xidmət PAŞA Sığortanın tərəfdaşı olan “Sphera health care AZ” şirkəti tərəfindən təmin edilir.

Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.
PASHA chatSualınız var?