*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

15 Sentyabr 2015

PAŞA Sığorta şirkəti Xaçmaz rayonunda yeni nümayəndəliyin açılışını keçirdi.

Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən PAŞA Sığorta şirkətisentyabr ayının 22-i Xaçmaz rayonunda yeni nümayəndəliyi müştərilərin xidmətinə verdi. Təntənəli açılış mərasimində PAŞA Sığorta ASC-nin İdarə Heyətinin üzvləri, departament və şöbə rəhbərləri, həmçinin yerli icra hakimiyyətinin rəhbər və məsul işçiləri iştirak etdi. Müasir tələblərə tam cavab verən yeni nümayəndəlik Xaçmaz rayonu, Bakı prospekti ünvanında fəaliyyət göstərəcəkdir.

Nümayəndəlik şəbəkəsinin genişlənməsi PAŞA Sığorta şirkətinin əsas inkişaf prioritetləri sırasındadır, əsas məqsəd isə tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.

Artıq müəyyən müddət fəaliyyət göstərən Gəncə, Lənkəran, Göyçay və Zaqatala regional nümayəndəliklərinin davamı olaraq Xaçmaz nümayəndəliyinin açılışı ilə PAŞA Sığorta ölkə üzrə regional xidmət mərkəzlərinin sayını 11-ə çatdırmışdır.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 32 növ könüllü və icbari sığorta növü üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti Lənkəran və Göyçay şəhərlərində yeni nümayəndəliklərinin açılışını keçirdi
PASHA chatSualınız var?