*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

15 Mart 2015

PAŞA Sığorta Şirkəti ilin sığorta şirkəti seçildi

11 mart 2015-ci il tarixində «Four Seasons Hotel Baku»-da Caspian European Club “Caspian Energy Award-2015” mükafatının təqdim etmə mərasimini keçirdi.

«Caspian Energy Award»mükafatının təqdim etmə mərasimi Caspian European Club və Caspian İnternational Media Group–un dəstəyi ilə həyata keçirilir.«Caspian Energy Award-2015» mükafatı dünyanın 50 ölkəsində internet sorğu nəticəsində ictimai xadimlərə, dövlət qulluqçularına, dövlət və özəl şirkətlərin sahibkarlarına Xəzər-Qara dəniz və Baltik regionların iqtisadi inkişafında mövqe göstərdiklərinə görə təqdim olunub.

Caspian European club 2002-ci ildə «Caspian İnternational Media Group« və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən ən böyük neft və qaz şirkətlərinin dəstəyi ilə yaradılmışdır. «Caspian Energy Award» mükafatlandırma mərasiminin əsas məqsədi həm ölkələr arasında həmdə dövlət və özəl şirkətlər arasında iqtisadi və beynəlxalq münasibətlərin inkişaf etdirilməsidir. Capian European Club–un icraçı direktoru Telman Əliyev qeyd etdi ki, Caspian European Club–ın yaranma tarixindən bu günə kimi sədri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdir. Telman Əliyev həmçinin qeyd etdiki, Caspian European Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkətləri və təşkilatları bir siraya gətirib.

«PAŞA Sığorta» şirkəti sığorta bazarında və ölkənin iqtisadi sahəsində müsbət fəaliyyətinə görə, “İlin Sığorta Şirkəti” mükafatına layiq görüldü.

«PAŞA Sığorta» şirkəti sığorta bazarında 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü kimi «PAŞA Sığorta» korporativ və fərdi müştərilərə 31 növ könüllü və icbari sığorta növləri üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln. manat təşkil etməklə «PAŞA Sığorta» kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında öz lider mövqeyini gücləndirmişdir.

Növbəti xəbər

PAŞA Sığortadan müştərilər üçün innovativ bir ilk!
PASHA chatSualınız var?