*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Sığorta növünü seçin

Bağla
05 İyun 2017

PAŞA Sığortadan yeni kampaniya: Yaşamınızı rahatlaşdırın, Bakıya ağac hədiyyə edin və 50 AZN-dək hədiyyə kartı qazanın

PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” - daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsulu ilə bağlı yeni hədiyyə kampaniyası başladır. Belə ki, iyunun 8-dən iyulun 8-dək “Yaşıl Bakı” məhsulunun Çinar, Cökə və ya Zeytun paketlərindən birini əldə edən hər kəs müvafiq olaraq 20, 30 və ya 50 AZN balansa malik “Bonus Plus” hədiyyə kartı qazanacaq. Müştərilər sözügedən hədiyyə kartlarından “Viva” şirniyyat evi, “Naxış”restoranı, “Café City” və “Maxi.az” məişət texnikası və elektronika mağazalarında faydalana bilərlər.

“Yaşıl Bakı” sığorta məhsulunun əsas özəlliyi ondan ibarətdir ki, hər üç paketin tarifləri öncədən müəyyən olunub və hər kəs özünə uyğun olan paketi seçə bilər. Belə ki, Çinar paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə 199 AZN təşkil edir. Paketlər bir-birlərindən təminat məbləğinə görə fərqlənir. “Yaşıl Bakı” paketləri yanğın, ildırım düşməsi; məişət və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində baş verən qısaqapanma; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, subasma; üçüncü şəxslərin hərəkətləri; təbii fəlakətlər; oğurluq, qarət; nəqliyyat vasitəsinin vurması, üçüncü şəxslərin əmlakına və səhhətinə dəyən ziyan kimi yüksək zərərli hadisələrdən sığortalayır.

Bununla yanaşı “Yaşıl Bakı” məhsulu əldə edilən zaman PAŞA Sığorta əməkdaşları tərəfindən paketlərin adına və sayına uyğun olaraq paytaxtımızın öncədən müəyyən olunmuş yerlərində ağaclar əkilir. Beləliklə, bu məhsulu əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhfəsi olacaqdır.

“Yaşıl Bakı” sığortasının daha bir üstünlüyü bu paketləri əldə edən hər kəsə müxtəlif ticarət obyektlərində endirim imkanı verən xüsusi “Yaşıl Bakı” kartının təqdim olunmasıdır.

Hədiyyə kampaniyasında iştirak etmək və daha ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz.

“Yaşıl Bakı” sığortası, təminatlar və endirimlər barədə məhsulun səhifəsində yaxından tanış ola bilərsiniz.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” sərgisində iştirak etmişdir
PASHA chat Sualınız var?