*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

02 Mart 2020

“PASHA Ladies al, gözəllik qazan!” adlı yeni hədiyyə kampaniyasına start verilir!

Müştəri dəyərlərini öz idarəetmə strategiyasının mərkəzində saxlayan PAŞA Sığorta şirkəti ənənəvi olaraq 8-Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə xanım müştəriləri sevindirməyə tələsir. KASKO sığortası üzrə “PASHA Ladies al, gözəllik qazan!” adlı yeni hədiyyə kampaniyasına start verilir.

Belə ki, 2-19 Mart tarixləri arasında PASHA Ladies KASKO sığorta məhsulu üzrə sığorta haqqı 400 AZN və üzəri təşkil edən xanımlar hədiyyə olaraq “Beauttech” gözəllik salonundan 100 AZN dəyərində, sığorta haqqı 2500 AZN və üzəri təşkil edən xanımlar isə 200 AZN dəyərində hədiyyə kartı əldə edəcək.

“Beauttech” gözəllik salonları şəbəkəsi hazırda fəaliyyətdə olan 7 filialdan ibarətdir. 2008-ci ildən fəaliyyətə başlayan salon 6 filialda xanımlar üçün və 1 filialda bəylər üçün xidmət göstərməkdədir. Salon artıq xidmət sahəsində ixtisaslaşmış və öz seqmentində brend olaraq tanınan bir şirkətə çevrilmişdir.

Nəzərinizə çatdıraq ki, «PASHA LADIES» özəlliklə xanımlar üçün nəzərdə tutulan ilk və yeganə KASKO sığortası məhsuludur. «PASHA LADIES» -i əldə edən bütün xanımlar özəl karta sahib olur və bununla müxtəlif məkanlarda ENDİRİM və ÜSTÜNLÜKLƏRDƏN yararlanmaq imkanı qazanırlar. Əsas üstünlüklərdən biri də ondan ibarətdir ki, bu məhsulu əldə edən xanımların hadisəsi olduğu zaman xüsusi taksi xidməti ilə təmin olunur. Əlavə olaraq bildirmək istərdik ki, PASHA Ladies sığorta məhsulu çərçivəsində Sizlər sığorta haqqını hissə-hissə də ödəyə bilərsiniz.

«PASHA LADIES» məhsulu və hal hazırda keçirilən kampaniya barədə ətraflı məlumat: *7000 Sığorta Məsləhətləri Xətti və ya www.pasha-insurance.az saytına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığortadan tam təmənnasız Telesəhiyyə Xidməti!
PASHA chatSualınız var?