*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Sığorta növünü seçin

Bağla
09 May 2017

PAŞA Sığortadan avtomobil sığortasını artıq Kapital Bank filiallarında əldə etmək mümkündür

Azərbaycanda ilk dəfə olaraq PAŞA Sığorta şirkətinin avtomobil sığortasının kreditlə satışı Kapital Bank filiallarında həyata keçirilir. Müştərilər avtomobillərin icbari sığortasını Kapital Bankın Bakı, Sumqayıt şəhərləri və Abşeron, həmçinin Gəncə, Lənkəran, Şəki, Zaqatala, Xaçmaz, Şirvan, Göyçay, Bərdə və Ağsu şəhərlərində yerləşən filiallarında əldə edə bilərlər.

Avtomobillərin sığortasının dəyərini müştərilər nağd şəkildə, Kapital Bank-dan əmək haqqı və təqaüd alan müştərilər isə 6 aylıq faizsiz və komissiyasız kreditlə ödəyə bilərlər. Sənədləşmə üçün şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Sığortanın məbləği sürücünün və avtomobilin göstəriciləri əsasında sığorta proqramında avtomatik hesablanır.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti «Sirli Bakı» layihəsini təqdim edib
PASHA chat Sualınız var?