*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Sığorta növünü seçin

Bağla
15 İyun 2017

PAŞA Sığorta “Səyahət zamanı daşınmaz əmlakın sığortası” adlı yeni məhsulunu təqdim edir

Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti “Səyahət zamanı daşınmaz əmlakın sığortası” məhsulunu müştərilərə təqdim edir. Belə ki, artıq müştərilər səyahətdə olan zaman PAŞA Sığorta onların rahatlıqlarına zəmanət verərək əmlaklarının təhlükəsizliyini təmin edəcək. Məhsul 3 paketdən ibarətdir, gündəlik 1, 2 və 3 manat sığorta haqqı ödəməklə (minimum sığorta haqqı 5, 10, 15 manat olmaqla) müvafiq olaraq 40 000, 80 000 və 120 000 manat sığorta təminatı əldə edə bilərsiniz.

“Səyahət zamanı daşınmaz əmlakın sığortası” məhsulu sizin əmlakınızı yanğın, ildırım düşməsi, partlayış; təbii fəlakətlər; oğurluq, qarət; üçüncü şəxslər tərəfindən əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi; su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər; nəqliyyat vasitələrinin vurması kimi risklərdən qoruyur.

Səyahətə gedərkən əmlakınızı sığortalamaq üçün PAŞA Sığorta şirkətinin əməkdaşlıq etdiyi səyahət agentliklərinə və şirkətin müştəri xidmətlərinə müraciət edə bilərsiniz.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Növbəti xəbər

PAŞA Sığortadan yeni kampaniya: Yaşamınızı rahatlaşdırın, Bakıya ağac hədiyyə edin və 50 AZN-dək hədiyyə kartı qazanın
PASHA chat Sualınız var?