*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
08 May 2017

Ad günü olanlara PAŞA Sığortadan xüsusi təklif!

Hər zaman müştəri məmnuniyyəti prinsipini əsas götürən PAŞA Sığorta şirkəti müştərilərinin qayğısına qalmaqda davam edir. Belə ki, PAŞA Sığorta şirkəti müştərilərinə ad günlərində də xüsusi imtiyazlardan yararlanmağı təklif edir.

Beləliklə doğum günü olan şəxslər PAŞA Sığorta şirkətinə müraciət etdikdə könüllü əmlak və KASKO sığortasına 10%-ə qədər endirim əldə edəcəklər. Heç bir hadisəsi olmayan və zərərlilik tarixçəsi təmiz olan müştərlərə könüllü əmlak sığortası ilə bağlı 10%, KASKO sığortası ilə bağlı 5% endirim tətbiq olunacaqdır. Endirimdən yararlanmaq üçün müştərilərin sadəcə şəxsiyyət vəsiqəsi ilə birlikdə PAŞA Sığorta şirkətinin ofisinə yaxınlaşması kifayətdir.

Lakin qeyd etmək istərdik ki, hər hansı bir kampaniya olan dövrə təsadüf etdiyi zaman endirim tətbiq olunmayacaqdır.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Növbəti xəbər

PAŞA Sığortadan avtomobil sığortasını artıq Kapital Bank filiallarında əldə etmək mümkündür