*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Sığorta növünü seçin

Bağla
Nəqliyyat sığortası

İcbari sığorta

İcbari sığorta əhalinin geniş təbəqəsinin, hüquqi şəxslərin və ya bütövlükdə dövlətin risklərdən müdafiəsini nəzərdə tutur.


İcbari sığorta müqaviləsi fiziki və ya hüquqi şəxslərlə bağlanır, o halda ki, onların qanunla təsdiq olunmuş qaydada üzərlərinə müəyyən qrup vətəndaşların və ya həyatın, sağlamlığın, həmçinin əmlakın sığorta edilməsi üzrə vəzifəsi (təhəddüdü) müəyyənləşdirilib.


İcbari sığorta üzrə fəaliyyət “İcbari sığorta növləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Sığorta şirkətləri yalnız müvafiq lisenziya aldıqdan sonra bu fəaliyyət növü ilə məşğul ola bilərlər.


“PAŞA Sığorta” şirkəti avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortaları üzrə lisenziyalara malikdir. Şirkət, İcbari sığorta növləri üzrə büronun reyestrinə daxil edilib.


İcbari sığorta növləri üzrə şəhadətnaməni “PAŞA Sığorta” şirkətinin veb saytından əldə edə bilərsiniz. Sığorta polislərinin rəsmiləşdirilməsi, İcbari sığorta növləri üzrə büronun vahid məlumat sisteminə qoşularaq onlayn rejimində həyata keçirilir.


Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məhsulunu onlayn əldə edin!

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqları

Avtonəqliyyat vasitəsinin növü Sığorta haqqı (AZN)
Fiziki şəxs
üçün
Hüquqi şəxs üçün Xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan
avtonəqliyyat vasitələrinə görə (bir aylıq)
Fiziki şəxs üçün Hüquqi şəxs üçün
Minik avtomobillərinin və onların bazasında istehsali edilmiş digər avtonəqliyyat vasitələri – mühərriklərinin həcminə görə
50 sm3 – 1500 sm3 50 60 12.5 15
1501 sm3 – 2000 sm3 75 90 18.75 22.5
2001 sm3 – 2500 sm3 100 120 25 30
2501 sm3 – 3000 sm3 125 150 31.25 37.5
3001 sm3 – 3500 sm3 150 180 37.5 45
3501 sm3 – 4000 sm3 175 210 43.75 52.5
4001 sm3 – 4500 sm3 200 240 50 60
- 4501 sm3 – 5000 sm3 225 270 56.25 67.5
- 5000 sm3 – dən çox 250 300 62.5 75
Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal
edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə
9 – 16 150 180 37.5 45
16 – dan artıq 200 240 50 60
Yük avtomobilləri və onların bazasında istehsal edilmiş
digər avtonəqliyyat vasitələri – icazə verilən maksimum
kütləsinə görə
3500 kq-dan çox olmadıqda 150 180 37.5 45
3501 kq – 7 000 kq 200 240 50 60
7000 kq – dan yuxarı 250 300 62.5 75
Motosikletlər və motorollerlər 50 60 12.5 15
Qoşqular və yarımqoşqular 25 30 6.25 7.5
Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələr 50 60 12.5 15
Trolleybuslar və tramvaylar 100 120

İcbari avtomobil sığortası məhsuluna əlavə olaraq Fərdi Qəza məhsulunu əldə edə bilərsiniz.


Bu məhsul üçün sığortalı cəmi 5 AZN ödəməklə 1000 manat dəyərində 1 illik Fərdi Qəza üzrə sığorta təminatı və əlavə evakuator üzrə xidməti əldə edir.

Sığorta riski

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Müddət:

1 il

Sığorta haqqı:

5 AZN

Sığorta məbləği

1 000 AZN

Sığorta məbləği

Sürücü üçün fərdi qəza sığortası:

490 AZN

Ön oturacaqdaki sərnişin üçün fərdi qəza sığortası:

490 AZN

Evakuator üçün limit (birinci risk):

20 AZN

Xüsusi şərtlər

  1. Sığorta şəhadətnaməsi yalnız “PAŞA Sığorta” Şirkətinin Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi mövcud olduğu zaman bağlandıqda etibarlıdır. Müvafiq icbari sığorta şəhadətnaməsinin müddətinin bitməsi və ya vaxtından əvvəl ləğv edilməsi hazırkı sığorta şəhadətnaməsinin də ləğv edilməsi ilə nəticələnir.
  2. Evakuator xərcləri üzrə sığorta təminatı yalnız iki və ya daha çox nəqliyyat vasitəsinin toqquşması nəticəsində sığortalanmış nəqliyyat vasitəsinin hərəkətinin tam məhdudlaşdığı hallara aid edilir.
  3. Sığorta təminatı sığorta ödənişi verildiyi andan dərhal sonra dayandırılır.

İcbari avtomobil sığortası məhsuluna əlavə olaraq Məsuliyyət məhsulunu əldə edə bilərsiniz.


Bu sığorta məhsulunu əldə edən müştərilər cəmi 18 AZN ödəməklə nəqliyyat vasitələrinin məsuliyyət sığortası üzrə əlavə olaraq 5,000 AZN təminat əldə edirlər. Beləliklə məsuliyyət sığortası üzrə ümumi təminat 10,000 AZN təşkil edəcəkdir.


PAŞA Sığorta icbari avtomobil sığortasına əlavə olaraq məsuliyyət və fərdi qəza sığortalarını özündə birləşdirən "İcbari ekstra 28" məhsulunu təqdim edir. Bu sığorta məhsulunu əldə edən müştərilər cəmi 28 AZN ödəməklə nəqliyyat vasitələrinin məsuliyyət sığortası üzrə əlavə olaraq 5,000 AZN, fərdi qəza sığortası üzrə də 5000 AZN olmaqla, ümumilikdə 10,000 AZN əlavə təminat əldə edirlər. Məhsulu əldə edən şəxslər 20 AZN dəyərində evakuator xidmətindən də istifadə edə bilərlər.




Sığorta şəhadətnaməsi yalnız “PAŞA Sığorta” Şirkətinin Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi mövcud olduğu zaman bağlandıqda etibarlıdır. Müvafiq icbari sığorta şəhadətnaməsinin müddətinin bitməsi və ya vaxtından əvvəl ləğv edilməsi hazırkı sığorta şəhadətnaməsinin də ləğv edilməsi ilə nəticələnir.

PASHA chat Sualınız var?