*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

Sığorta növünü seçin

Bağla

Optimal KASKO məhsuluna avtonəqliyyat vasitələrinin zədələnməsi və ya məhv olması təminatı daxildir.

Bölmə 1. Avtonəqliyyat vasitələrinin zədələnməsi və ya məhv olması (KASKO).

  • Avtonəqliyyat hadisəsi;
  • Atılmış və ya düşmüş əşya;
  • Üçüncü şəxsin qanunazidd hərəkəti;
  • Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;
  • Yanğın və partlayış;
  • Heyvanların hərəkəti;
  • Təbii fəlakət.

Bölmə 2. Üçüncü şəxslər qarşısında mülki məsuliyyət. Bu bölmə sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə vurulmuş maddi və bədən xəsarətinə görə zərərin əvəzinin ödənilməsini əhatə edir.


Bölmə 3. Sürücü və sərnişinlərin fərdi qəza sığortası.


Bölmə 1 üzrə sığorta təminatı verilən risklərdən baş verən hadisələr nəticəsində sığorta olunanların ölüm, əmək qabiliyyətlərini tam və ya qismən itirmələri və xəsarət almaları risklərini əhatə edir.

Bölmə 1 - Optimal KASKO məhsuluna 2 paket daxildir:

Paketlər2

Paket 1

Paket 2

Aqreqat sığorta məbləği

5,000 AZN

10,000 AZN

Şərtsiz azadolma məbləği

100 AZN

100 AZN

Təmir servisi

Qeyri-rəsmi / Rəsmi servis

Qeyri-rəsmi / Rəsmi servis

Sığorta haqqı

500 AZN / 550 AZ

900 / 1000


Bölmə 2 - üçüncü şəxslər qarşısında mülki məsuliyyət üzrə:

Məsuliyyət həddi (AZN)Sığorta haqqı (AZN)
10 00040
15 00055
20 00070
25 00080
50 000110
100 000160

Qeyd: Yuxarıda qeyd olunan məsuliyyət hədləri üzrə ödənişlər Azərbaycan Respublikası avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə müəyyən olunmuş sığorta məbləğinə əlavə olaraq ödənilir.


Bölmə 3 - sürücü və sərnişinlərin fərdi qəza siğortasi üzrə:

Sığorta məbləği (AZN)Sığorta haqqı (AZN)
5 0006
10 00012
15 00018
20 00024
25 00030

"PAŞA SIĞORTA" ŞİRKƏTİNİN TƏQDİM ETDİYİ ƏLAVƏ XİDMƏTLƏR

Hər bir tam KASKO müştərisi, təklif olunan Free, Standart, Premium və ya PASHA Ladies paketlərindən birini seçərək müvafiq paketə daxil olan əlavə xidmət və güzəştlərdən yararlana bilər. Əlavə xidmət və güzəştlərə aşağıdakılar daxildir:

ƏLAVƏ XİDMƏTLƏR VƏ GÜZƏŞTLƏR

Free

Standard

Premium

PASHA Ladies

Taksi xidməti (1)

-

-

14 gün

14 gün

Evakuasiya xidməti(2)

-

2 dəfə

3 dəfə

2 dəfə

Ayıq sürücü xidməti (3)

-

2 dəfə

3 dəfə

-

Yol nəqliyyat hadisəsi zamanı sığortalının/sığorta olunanın günahı olmayan hadisələrdə şərtsiz azadolma məbləğinin tətbiq olunmaması (4)

-

-

+

+

Avtomobilin bazar dəyərinə uyğun olaraq sığorta haqqının hissəli ödənişi

+

+

+

+

Avtomobilin bazar dəyərindən asılı olmayaraq sığorta haqqının 10 aya qədər hissəli ödənişi

-

-

+

-

Digər sığorta növləri üzrə məhsul alarkən güzəştlər

+

+

+

+

İstənilən sürücü (5)

+

+

+

+

(1) Taksi xidməti yalnız sığortalı müştəri tərəfindən 14 gün müddətində, gündəlik 20 AZN limit tətbiq olunmaqla istifadə edilə bilər. Sığorta hadisəsi nəticəsində avtomobilin servisdə olduğu müddətə verilən taksi xidməti, təmir prosesi bitən kimi dayandırılır. Qiymətləndirmədən sonra sığorta ödənişi faydalanan şəxsə pul şəklində ödənilərsə, taksi xidməti dayandırılacaq. Xidmətdən istifadə üçün +994502508383 və ya *0007 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

(2) Pulsuz evakuasiya xidməti avtomobil hər hansı bir səbəbdən hərəkət edə bilmədiyi zaman və yalnız Bakı-Abşeron-Xırdalan- Sumqayıt ərazisində (ən yaxın avtoservisə daşınması) olmaqla, tətbiq olunur. Sığorta hadisəsindən kənar hallarda avtomobil yolda nasaz qalarsa, +994502508383 və ya *0007 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

(3) Bu xidmət yalnız Bakı şəhəri ərazisində keçərlidir. Xidmətdən yararlanmaq üçün +994502508383 və ya *0007 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

(4) Yol nəqliyyat hadisəsi zamanı sığortalının/sığorta olunanın təqsiri olmayan hadisələrdə şərtsiz azadolma məbləği tətbiq olunmur. Yol nəqliyyat hadisəsi zamanı zərərvuran tərəf müəyyən olunmadıqda azadolma məbləği tətbiq olunur.

(5) Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs tərəfindən idarə edilməsi halında dəyən zərər, sığorta təminatına daxildir.




PASHA Ladies paketi yalnız qadın sürücülər üçün keçərlidir.



Qeyd edək ki, xidmətlər saytda qeyd olunan formada təqdim ediləcəkdir.

Müraciət forması

Təşəkkür edirik!

Sizinlə yaxın zamanda əlaqə saxlanılacaq.

PASHA chatSualınız var?