Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Bu şəhadətnamə “Inter Partner Assistance” beynəlxalq assistant şirkətinin dəstəyi ilə təmin edilmişdir.
Sığorta şəhadətnaməsi, dünyanın hər hansı bir ölkəsində səfər edərkən, baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı bütün tibbi yardımın göstərilməsinə və tibbi xərclərin ödənilməsinə zəmanət verir.
Səyahətçinin sığorta şəhadətnaməsi aşağıdakı xərcləri ödəyir:
Səyahətin müddəti | Sığorta haqqı | ||
(1 gün və 1 nəfər üçün, avro*) | |||
A tarifi** | B tarifi | C tarifi | |
1–15 gün | 0,60 | 0,82 | 0,7 |
16–30 gün | 0,55 | 0,70 | 0,64 |
31–90 gün | 0,50 | 0,58 | 0,52 |
91–180 gün | 0,45 | 0,56 | 0,50 |
181 –364 gün | 0,80 | 0,90 | 0,84 |
Səyahətin müddəti | A tarifi** | B tarifi | C tarifi |
1 illik şəhadətnamə, 42 sığortalanmış günü keçməmək şərtilə | 32,00 | 38,00 | 35,00 |
1 illik şəhadətnamə, 92 sığortalanmış günü keçməmək şərtilə | 40,00 | 50,00 | 45,00 |
1 illik şəhadətnamə, 365 sığortalanmış günü keçməmək şərtilə | 200,00 | 230,00 | 217,00 |
6 aylıq şəhadətnamə, 92 sığortalanmış günü keçməmək şərtilə | 35,00 | 45,00 | 40,00 |
1 illik şəhadətnamə, 180 sığortalanmış günü keçməmək şərtilə | 70,00 | 82,00 | 77,00 |
3 aylıq şəhadətnamə, 30 sığortalanmış günü keçməmək şərtilə | 24,00 | 30,00 | 26,00 |
45 günlük şəhadətnamə, 20 sığortalanmış günü keçməmək şərtilə | 15,00 | 21,00 | 17,00 |
Risklər | Tarif əmsalı |
70 yaşdan yuxarı yaşlı şəxslər üçün | x2 |
75 yaşdan yuxarı yaşlı şəxslər üçün | x3 |
ABŞ, Kanada, Yaponiya, Avstraliya və dünya turu üçün | x2 |
Həvəskar idman növləri ilə məşğul olmaq məqsədilə səyahət edən şəxslər üçün | |
Dağüstü xizək sürmə, avtomobil, motosiklet, aviaplaner, deltaplaner, paraşüt su-motor, sualtı üzgüçülük idman növlərindən başqa | x2 |
Dağüstü xizək sürmə, avtomobil, motosiklet, aviaplaner, deltaplaner, paraşüt su-motor, sualtı üzgüçülük idman növləri üzrə | x3 |
Peşəkar idman növləri (gimnastika, futbol və s. daxil olmaqla) üzrə: | x3,5 |
QEYD: *Sığorta haqqının hesablanması şəhadətnamənin buraxılma tarixinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi bankının rəsmi məzənnəsinə əsasən manatla həyata keçiriləcəkdir.
** A tarifi yalnız korporativ satış (bütün ölkələr üzrə) və Türkiyə, MDB ölkələri, Gürcüstan, BƏƏ ölkələri üçün nəzərdə tutulmuşdur. Qeyd edilən ölkələr üçün digər paketlər üzrə də təminat əldə etmək mümkündür.
Minimum sığorta haqqı – 2 avro
Maksimum sığorta müddəti – 365 gün
1.1. Stasionarda qalma və orada göstərilən müalicə xərcləri (standart tipli palatada); bura həmçinin həkim müayinəsi, cərrahi əməliyyatlar, diaqnostik müayinələr, həkim təyin etdiyi dərman vasitələri, sarğı və fiksasiya materialı (gips, bandaj və s.) daxildir;
1.2. Ambulator müalicə, burada həmçinin həkim müayinəsi, cərrahi əməliyyatlar, diaqnostik müayinələr, həkim təyin etdiyi dərman vasitələri, sarğı və fiksasiya materialı (gips, bandaj və s.) daxildir;
1.2.1 Tibbi-nəqliyyat xərcləri, yəni:
1.2.2. Sığorta olunanın müvəqqəti olaraq səfər etdiyi ölkədə hadisənin baş verdiyi yerdən yaxınlıqda yerləşən tibbi müəssisəyə və ya yaxınlıqda yerləşən həkimə qədər evakuasiya üzrə (“təcili yardım” maşını və ya digər nəqliyyat vasitəsi ilə) daşınması;
1.2.3. Sığorta olunanın müvəqqəti olaraq səfər etdiyi ölkədə tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmayan hallarda Sığorta olunanın daimi yaşayış yerində olan ən yaxın tibbi müəssisəsinə müşayiət edən şəxsin xərcləri daxil olmaqla (əgər müşayiət həkim tərəfindən tövsiyə olunubsa) müvafiq nəqliyyat vasitəsi ilə təcili tibbi repatriasiyası. Təcili tibbi repatriasiya ancaq müalicə edən həkimin təqdim etdiyi sənədlər əsasında və Sığortaçı ilə əməkdaşlıq edən həkimin bunun vacib olduğunu təsdiq etməklə və buna əks-göstəriş olmayan hallarda həyata keçirilir.
1.2.4. Stasionar müalicə xərcləri sığorta müqaviləsində göstərilmiş sığorta məbləğindən (limitdən) artıq olduğu hallarda xaricdən Sığorta olunanın yaşadığı ünvana və ya yaşayış ərazisində olan ən yaxın tibb müəssisəsinə tibbi repatriasiyası. Tibbi repatriasiya ancaq əks-göstərişlər olmayan hallarda həyata keçirilir. Tibbi repatriasiya xərcləri sığorta müqaviləsində göstərilən (sığorta şəhadətnaməsində) sığorta məbləği (limit) həddində ödənilir.
2.1. Sığorta olunanın daimi yaşayış ölkəsinə ekonom klas nəqliyyatı vasitəsilə birtərəfli gedişi üçün xərclər, stasionar müalicə tələb edən sığorta hadisəsinin baş verməsi nəticəsində Sığorta olunanın səfər sənədlərində göstərilən tarixdə daimi yaşadığı ölkəyə getməsi mümkün olmayan hallarda birbaşa beynəlxalq əlaqəsi olan hava limanına çatmaq üçün çəkilən xərclər. Sığorta olunan istifadə edilməmiş yol sənədini geri qaytarmaq və onun dəyərini Sığortaçıya qaytarmaq üçün ondan asılı olan hər bir şeyi etməlidir. Bu şərtə riayət edilmədikdə, Sığortaçı Sığorta olunana veriləcək ödənişdən həmin sənədlərin dəyərini çıxa bilər.
2.2. Sığorta olunanın başına gələn sığorta hadisəsi nəticəsindən onun xarici səfər zamanı yanında olan və bu hadisə nəticəsində himayəsiz qalmış uşaqlarının (16 yaşınadək) onların yaşadığı ölkəyə ekonom klas nəqliyyatı vasitəsilə birtərəfli gedişi. Tələb olunan hallarda Sığortaçı uşaqlar üçün müşayiətçi təşkil edir və onun da xərclərini ödəyir.
3.1. Əgər Sığorta olunan sığorta hadisəsi nəticəsində vəfat etmişdirsə, onun daimi yaşadığı yerə qədər sığorta müqaviləsində göstərilən (sığorta şəhadətnaməsindəki) sığorta məbləği (limit) həddində Assistans Şirkəti tərəfindən təşkil edilmiş ölümdən sonrakı repatriasiya xərcləri. Bu zaman daimi yaşayış yerində dəfn mərasimi üzrə xidmət xərcləri Sığortaçı tərəfindən ödənilmir.
4.1. Xarici ölkəyə planlaşdırılmış uçuş reysləri zamanı baqaj qeydiyyata alınıb daşınması üçün Aviaşirkətə (onun nümayəndəsinə) təhvil verildikdən sonra, itdiyi və Aviaşirkət tərəfindən müəyyən olunmuş müddətdə (minimum 21 gün) tapılmadığı halda, Sığortaçı sığorta şəhadətnaməsində göstərilən plan üzrə sığorta məbləği həddində sığorta ödənişi həyata keçirəcək, bu şərtlə ki, Sığortaçıya Aviaşirkət tərəfindən baqajın itməsi yaxud oğurlanması barədə hesabat təqdim olunsun.
4.2. Sığortaçı bu bəndə uyğun olaraq sığorta ödənişini, sığorta şəhadətnaməsində göstərilən “Baqajın itməsi və ya zədələnməsi” təminatı üzrə göstərilən məbləğdən çox olmayaraq baqajın təxmini dəyərindən Aviaşirkət tərəfindən ödənilmiş kompensasiya məbləğini çıxmaq şərti ilə ödəyir.
4.3. Sığorta olunan baqajın tərkibinin siyahısını, təxmini dəyərini və daşıyıcı Aviaşirkət tərəfindən baqajın itməsinə və ya zədələnməsinə görə kompensasiya verilib-verilməməsi barədə məktubu təqdim etməlidir.
4.4. Pullar, zinət əşyaları (qiymətli metallardan və daşlardan hazırlanmış əşyalar), kredit kartları, qiymətli kağızlar, mobil telefonlar, audio, video, foto və kompüter avadanlığı, möhür (ştamp) (sığorta olunan şəxsə verilmiş və ya onun özünə məxsus, yaxud onun istifadəsində olan hər hansı möhür və ştamp),şəxsi sənədlər və səyahət sənədləri təminata daxil edilmir.
5.1. Əgər səfər edən Sığorta olunanın xəstəxanada qalma müddəti 7 gündən artıq olarsa, onun bir nəfər yaxın qohumunun ekonom klas nəqliyyatı vasitəsilə ikitərəfli (daimi yaşayış ölkəsindən təyinat nöqtəsinə və geriyə) səfər xərcləri və maksimum 4 ulduzlu oteldə ən çoxu 7 gün qalma xərcləri sığorta təminatına daxildir.
6.1. Sığorta olunan üçün təşkil edilən daşınma nəqliyyatının növü tibbi göstəricilər nəzərə alınaraq Sığortaçı/Assistans Şirkəti tərəfindən müəyyən edilir. Bu halda Sığortaçı Nəqliyyat Şirkətinin uçuş cədvəlinə riayət edilməməsinə görə məsuliyyət daşımır.
7.1. Sığortaçı öhdəsinə götürür ki, Sığorta olunanın tələbi ilə onun göstərdiyi hər hansı şəxsə onunla baş vermiş sığorta hadisəsi barədə təcili məlumat verəcək.
8.1. Sığorta olunanın Azərbaycanda yaşayan yaxın qohumunun ölümü ilə bağlı səfərin müddəti bitməmiş vaxtından əvvəl qayıdarsa, ona ölkəyə vaxtından əvvəl qayıtmaq üçün aldığı aviabiletin dəyəri məqsədəuyğun qiymətlərlə (ekonom klas) ödənilir, bu şərtlə ki, o, özünün əvvəlki biletindən istifadə etməklə qayıda bilməsin. Ödənişi almaq üçün Sığorta olunan ölkəyə qayıdandan sonra yaxın qohumunun ölümünü və qohumluq əlaqələrini təsdiq edən sənədlərin notariat qaydada təsdiq edilmiş surətini təqdim etməlidir.
9.1. Sığorta olunanın baqajının itirilməsi yaxud İATA-nın üzvü olan Aviadaşıyıcı (onun nümayəndəsi) tərəfindən səhvən başqa istiqamətə göndərilməsi halında Sığortaçı aidiyyəti təşkilatlarla, yəni Aviaşirkətlərlə əlaqəli şəkildə həmin baqajın Sığorta olunanın olduğu yerə qaytarılmasını təşkil edir,
10.1 Sığorta müddəti ərzində sığorta olunanın və ya onun yaxın qohumunun kəskin və ya ciddi xəstəliyi, qəzaya məruz qalması və ya ölümünün birbaşa nəticəsi və s. səbəblərdən səyahət ləğv edilməli, dayandırılmalı, dəyişdirilməli və ya gecikdirilməli olarsa, sığortaçı faydalanan şəxsə cədvəldə göstərilən sığorta məbləğinə qədər kompensasiya ödəyəcək. Xəstəlik və ya qəzanın ciddiliyi tibb mütəxəssisi tərəfindən qiymətləndirilməlidir.